Yuxarı

Qazandığımız böyük zəfər... - Ərkan Özoral

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altındakı Qurtuluş Müharibəsində qazandığımız böyük zəfəri taclandıran Cümhuriyyətin quruluşunun 97-ci ildönümünü böyük coşqu ilə qeyd edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral söyləyib.

“100 il öncə Qurtuluş Müharibəsində Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlib. O dönəmdə ölkəsini tərk etmək məcburiyyəti ilə üz-üzə qalan azərbaycanlı ziyalılar da Türkiyəni vətəni olaraq görüb, cümhuriyyətimizin quruluşuna önəmli töhfələr veriblər. Bu gün də Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün böyük mübarizə aparır. Cümhuriyyətin nailiyyətləri nəticəsində dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizədə can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldıqları yurdlarına, yuvalarına geri dönməsi üçün döyünür, əldə edilən hər zəfəri sevinc göz yaşları ilə qarşılayırıq. Bu böyük ildönümündə Cümhuriyyətimizi bizə ərməğan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyənin və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və firavanlığı uğrunda həyatını fəda edən bütün şəhidlərimizi, Cümhuriyyətimizə xidməti keçənləri rəhmət və şükranla anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Yaşasın Cümhuriyyət!”, - o qeyd edib.

Tarix
2020.10.28 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla