Yuxarı

Cenevrə görüşü: Bakı nə əldə etdi? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cenevrə görüşü: Bakı nə əldə etdi? – Şərh

Cenevrə görüşündə qəbul edilən bəyanat, sadəcə, görüşün nəticəsiz bitməməsi üçün qəbul edilmiş məntiqsiz bir kağız parçasından başqa bir şey deyil. Deyə bilərəm ki, Cenevrə görüşü nəticəsiz qaldı.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan Xarici İşlər nazirlərinin iştirakı ilə baş tutan görüşü şərh edərkən deyib.

Politoloq bildirib ki, Cenevrə görüşü gözlənildiyi kimi, elə də ciddi bir bəyanat və ya hadisə ilə yadda qalmadı:

“Görüş zamanı tərəflər arasında mülki şəxsləri və obyektləri hədəfə almamaq barədə razılıq əldə edildi. Bəyanatın digər bəndləri əsasən, tərəflərin humanitar qaydalara riayət etməsi yönündə oldu. Yəni heç bir atəşkəs razılaşması imzalanmadı. Ancaq hər iki tərəf savaşı müharibə qaydalarına uyğun aparacağını bildirib”.

Q.Hüseynlinin sözlərinə görə, Cenevrə görüşündə verilən bəyanatın heç bir mənası yoxdur. İlk növbədə ona görə ki, hər iki tərəfin qoşulduğu konvensiyalar onsuz da tərəfləri müharibə zamanı bir çox qaydalara riayət etməyə vadar edir:

“Hərçənd Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutması adi hala çevrilib. Ermənistanın beynəlxalq konvensiyalara əməl etməyib, bir bəyanata əməl edəcəyinə inanmaq çətindir”.

Politoloq görüşün bu nəticə ilə bitməsinin Azərbaycana sərf etdiyini deyib:

“Birincisi, bəyanatda Azərbaycan üzərinə heç bir öhdəlik götürməyib. Əməliyyatların uğurla davam etdiyi belə bir zamanda hər hansı bir hüquqi öhdəlik bizə lazım deyildi.

İkincisi, Cenevrə görüşündən sonra bir müddət bu kimi görüşlərin olacağını düşünmürəm.

Nəticə etibarilə görüşdən əvvəl ölkə başçısının dediyi kimi, bundan öncə dəfələrlə nəticəsiz görüşlər keçirilib. Bu görüş də onlardan fərqlənmədi”.

Tarix
2020.10.31 / 12:33
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla