Yuxarı

Azərbaycan Ordusu bu cür dağıdır – Korotçenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu bu cür dağıdır – Korotçenko

Bu gün Qarabağda davam edən savaş hərb sənəti tarixində yeni səhifə açdı. Bu, dronların müharibəsidir. Bu qədər dronun və döyüş sursatlarının kütləvi tətbiqi indiyədək heç vaxt olmamışdı. Azərbaycan Ordusu monitorlara baxıb məhv edir, bax, bu, yeni növ müharibəsidir - 21-ci əsrin müharibəsi.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Starikovski” verilişinin efirində deyib.

Onun sözlərinə görə, Rusiya bu müharibədən özü üçün nəticə çıxarmalıdır:

“Rusiya Federasiyası müasir xarakterli hərbi əməliyyatların necə aparıldığına dair yanaşmalarını korrektə etmək üçün bu müharibəni diqqətlə izləməlidir”.

Ekspert bildirib ki, Ermənistan rəqibini düzgün qiymətləndirə bilməyib:

“20 ildən artıqdır ki, Ermənistan müdafiə xəttini gücləndirib, beton istehkamlar, çoxsaylı yeraltı keçidlər, sığınacaqlar şəbəkəsi inşa edib. Lakin Azərbaycan yüzlərlə dronun hesabına erməni zirehli texnikasını planlı şəkildə məhv etmək üçün başqa taktika tətbiq etdi. Ermənistan tərəfi hava hücumundan müdafiə sistemini təşkil edə bilmədi, köhnə prinsiplər əsasında müharibəyə daxil oldu. Razılaşın ki, 5-6 min dollar dəyərində olan dronu 500 min dollarlıq raketlə vurmaq çox məntiqsizdir”.

Tarix
2020.11.07 / 09:24
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla