Yuxarı

Perenciyev: İşğalçılara bircə o lazımdır ki...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Perenciyev: İşğalçılara bircə o lazımdır ki...

Azərbaycan Respublikasının tərkibinə qaytarılmalı yeddi rayonun sonuncusu olan Laçın rayonunun qaytarılması münasibətilə Azərbaycan dövlətinin rəhbərliyini və Azərbaycan xalqını təbrik edirəm.

Axar.az xəbər verir ki, bu barədə “Rusiya zabitləri” ictimai təşkilatının ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə qondarma “dqr”in Ermənistan tərəfindən tanınmaması mövzusu müzakirə edilir:

“Cavabın çətinliyi yalnız ən sadə səmimiyyətin olmamasındadır. Heç vaxt olmayıb və olmayacaq ki, təcavüzkar dövlət başqa ölkənin işğal edilmiş ərazisinin müstəqilliyini tanısın. İşğalçılara bircə o lazımdır ki, işğal edilmiş ərazi onların dövlətinin bir hissəsi kimi qəbul edilsin”.

Onun fikrincə, bu səbəbdən rəsmi İrəvana qondarma “dqr”i tanımaq heç vaxt lazım olmayıb. “Axı məhz bu, işğal edilmiş torpaqlara onun tərəfindən nəzarətin zəifləməsinə gətirib çıxara bilərdi. Ermənistanda Dağlıq Qarabağın və yeddi rayonun (bütün bunlar “arsax” şərti adı altında) onların ölkəsinin bir hissəsi kimi beynəlxalq səviyyədə rəsmi tanınmasına nail olmağa ümid edirdilər.

A.Perenciyevin ehtimalına görə, məhz bu səbəbdən rəsmi İrəvanın niyyəti vardı ki, keçmiş DQMV-nin və onun ətrafındakı yeddi rayonun ərazisini hərbi güclə ağlasığmaz dərəcədə uzun müddət əldə saxlasın və sonra bəyan etsin:

“Bu ərazi de-fakto artıq çoxdan Ermənistan Respublikasının hissəsinə çevrilib. Bunu de-yure rəsmiləşdirməyin zamanıdır”, - deyə.

Ekspert əlavə edib ki, bu səbəbdən İrəvan “Madrid prinsipləri”, “Lavrov planı” və s. bu kimi razılaşmaların maddələrinin icrasını yubadırdı.

“İndi artıq nəticə çıxarmaq olar ki, bu razılaşmaların yerinə yetirilməsi Ermənistan rəhbərliyinin planlarına büsbütün daxil deyildi. Bu gün – 2020-ci il dekabrın 1-i sonuncu, yeddinci rayonun – Laçının Azərbaycan Respublikasının tərkibinə qaytarılmasını belə şərh etmək olar: İrəvanın avantürist planları daha baş tutmayacaq. Bu münasibətlə Azərbaycan rəhbərliyini və Azərbaycan xalqını təbrik edirəm!” - deyə ekspert sonda vurğulayıb.

Tarix
2020.12.01 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla