Yuxarı

Cənubi Qafqazın yeni xəritəsi cızılır: kimlər qazanır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehri dəhlizi gələcəkdə region ölkələrini bir-birindən asılı vəziyyətə salacaq. Yəni nə Ermənistanın, nə də Rusiyanın əlavə təsir imkanı olacaq. Əgər Mehri dəhlizində problem olsa, Azərbaycan da öz növbəsində şimaldan gələn nəqliyyat dəhlizində problem yarada bilər. Bu qarşılıqlı asılılıq regional inkişafa şərait yaradacaq.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli 11 yanvar Bəyanatının region üçün yaratdığı nəqliyyat və kommunikasiya imkanları, eyni zamanda yeni reallıqlar haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanın uzun illərdir logistik mərkəzə çevrilməsi ilə bağlı xeyli iş görülüb:

“Bu gün Rusiyanın “Kommersant” qəzeti Ermənistan və Azərbaycanın razılaşdığı dəmiryolu da daxil olmaqla, nəqliyyat dəhlizlərinin xəritəsini yayımlayıb. Xəritəyə baxdıqda görə bilərik ki, geniş perspektivli bir nəqliyyat dəhlizi meydana gəlib.

Azərbaycan bu yolla gələcəkdə Asiya ilə Avropanın qovuşduğu bir məkan halına gələcək. Bu da öz növbəsində ölkə büdcəsinə əlavə dividentlər və gəlirlərin gəlməsinə şərait yaradacaq. Digər bir məsələ isə 30 ilə yaxın bir müddətdən sonra Naxçıvanla Azərbaycan arasında birbaşa quru bağlantısının təmin olunmasıdır”.

Ekspert bildirib ki, rəsmi Ankara da mövcud vəziyyətdən razıdır:

“Çünki istər iqtisadi, istərsə də siyasi baxımdan maraqları təmin edilib. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə birbaşa əlaqə qura biləcək. Digər tərəfdən, İran və Rusiya ilə də iqtisadi baxımdan Azərbaycan üzərindən əlaqələrin qurulması daha asan olacaq.

Rusiya üçün isə regionda yaranan nəqliyyat dəhlizi xüsusilə vacibdir. Çünki Rusiyanın Ermənistan və Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Xüsusilə Ermənistanla ya Xəzər dənizi vasitəsilə İran üzərindən, ya da Gürcüstan üzərindən əlaqə qurmaq mümkün idi. Bu isə həm çox baha, həm çox uzun, həm də Gürcüstanla mövcud siyasi vəziyyətdən dolayı çətin idi. Lakin artıq Rusiya həm yeni bazarlara çıxacaq, həm də Ermənistanla Azərbaycan üzərindən əlaqə qura biləcək. Digər bir məsələ isə Rusiyanın Yaxın Şərqlə birbaşa Azərbaycan, Ermənistan və Türkiyə üzərindən quru yolunun olmasıdır”.

N.Cəfərli deyib ki, İran da uzun müddətdir Ermənistanla əlaqələr qurmaq istəyirdi:

“İran yeni reallıqlar çərçivəsində Naxçıvan üzərindən Ermənistanla əlaqələr qura biləcək. Ermənistan isə faktiki olaraq blokadadan çıxacaq. Təbii ki, yeni reallıqlar ən çox Ermənistanın maraqlarına uyğundur. İran, Türkiyə, Rusiya və Azərbaycanla iqtisadi əlaqələrin inkişafı Ermənistan üçün də vacibdir”.

N.Cəfərli yeni reallıqların riskləri haqda da danışıb:

“Təbii ki, Moskva bəyanatından sonra regiondakı risklərdən də bəhs etmək lazımdır. Məsələ ondadır ki, Ermənistanın Mehri bölgəsindən açılacaq dəhlizə Rusiya sərhəd xidməti və xüsusi xidmət orqanları nəzarət edəcək. Gələcəkdə Rusiya bu ərazidən sərbəst keçidlə bağlı maneələr yarada bilər. Amma dediyim kimi, Rusiya Azərbaycana Mehri dəhlizində problem yaratsa, Bakı da Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitələrinə eyni problemi yarada bilər.

Digər bir risk isə Ermənistandır. Rəsmi İrəvan gələcəkdə yenidən gərginlik yaratmamaq üçün təminat verməlidir”.

Tarix
2021.01.13 / 14:26
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla