Yuxarı

Müharibə vaxtı baş nazir Manukyan olsaydı... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə vaxtı baş nazir Manukyan olsaydı... - Video

09:00

Paşinyanı Azərbaycanın keçmiş prezidentlərindən birinə bənzətmək doğru deyil. Paşinyan elə “Ermənistanın Paşinyanı”dır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın müxalifət lideri Vazgen Manukyanın RBC-yə müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, 74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir:

“O, 1990-1991-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. Hazırda Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədidir. Özünü Ermənistan müxalifətinin rəhbəri adlandıran bu şəxsin əlinə gözəl fürsət düşüb.

44 günlük müharibəni biabırçı şəkildə uduzan Ermənistan məğlubiyyətin fəsadlarını hələ uzun illər yaşayacaq. İrəvanda hər kəs bir-birini günahlandırır. Ermənistan müxalifəti də Paşinyan və onun komandasını ittiham edir”.

Politoloq bildirib ki, Manukyan Paşinyanın düşdüyü vəziyyətdən öz lehinə istifadə etməyə çalışır:

“Manukyanın müsahibəsində ən diqqət çəkən məqamı “əgər Paşinyan rayonları döyüşsüz qaytaracaqdısa, niyə bunu əvvəldən etmirdi” sualı oldu. Məsələ ondadır ki, bu müharibənin olacağı bəlli idi. Bunu hər kəs bilirdi, elə Manukyan da. Yəni nə Ermənistan torpaqları dinc yolla qaytaracaqdı, nə də Azərbaycan işğalla barışacaqdı. Nəticədə müharibə oldu və Azərbaycan qələbə qazandı. Paşinyanın yerində Manukyan olsa, bu, onun başına gələcəkdi”.

Tarix
2021.01.16 / 13:08
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla