Yuxarı

Paşinyanın Araiki TŞ-yə dəvət etməsinin səbəbi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:06

Paşinyanın keçmiş və qondarma “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın iştirakı ilə İrəvanda Təhlükəsizlik Şurasının iclasını keçirməsinin səbəbi aydındır. Paşinyan bu yolla erməni cəmiyyətinə göstərməyə çalışır ki, guya “dqr”in “siyasi varlığı” qorunur.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş və qondarma “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın iştirakı ilə İrəvanda Təhlükəsizlik Şurasının iclasını keçirməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, real mənzərə tamamilə fərqlidir:

“Araik Arutyunyan 44 günlük müharibəyə qədər de-yure heç kim idi, hazırda isə həm də de-fakto heç kimdir. Arutyunyanın Xankəndiyə gəlib-gedə bilməsinin yeganə səbəbi rus sülhməramlılarıdır. O ərazi hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir”.

Politoloq xatırladıb ki, rəsmi Bakı Arutyunyanı beynəlxalq axtarışa verib:

“Araik Arutyunyan mütləq həbs edilməlidir. Azərbaycan sülhməramlılardan onu tələb etməlidir. Çünki Araik açıq şəkildə etiraf etdi ki, Gəncə, Mingəçevir onun əmri ilə bombalanıb. Bu özü belə Arutyunyanın həbsi üçün kifayətdir”.

Tarix
2021.01.22 / 16:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla