Yuxarı

Kreml Köçəryanı hakimiyyətə gətirəcək? - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml Köçəryanı hakimiyyətə gətirəcək? - Politoloq

Robert Köçəryanın növbədənkənar seçkilərə komandası ilə gedəcəyi və qalib gələcəyi haqda iddialı çıxışları cəmiyyəti manipulyasiya etmək cəhdidir. O, bu yolla həm özünü güclü göstərməyə, həm də reytinq yığmağa çalışır.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son açıqlamalarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan cəmiyyəti həm hazırkı iqtidara, həm də müxalifətə inanmır:

“Bu mənada düşünürəm ki, Ermənistanda növbədənkənar parlament seçkiləri olsa da, insanların əksəriyyəti seçkilərə gəlməyəcək.

O ki qaldı heç bir komandası, partiyası olmayan keçmiş prezident Robert Köçəryana, o, müharibəni biabırçı şəkildə uduzan Ermənistan iqtidarını savaşın nəticələri ilə ittiham edib, xalq arasında reytinq yığmaq üçün çalışır”.

Politoloq Köçəryana Rusiyanın dəstək verəcəyi iddialarına da münasibət bildirib:

“Köçəryan növbədənkənar seçkilərə komandası ilə gedəcəyi təqdirdə buna rəsmi Moskva da maraq göstərəcək. Lakin düşünmürəm ki, Kreml Köçəryanı dəstəkləyəcək. Köçəryan və komandası seçkilərə qatılsa, ona Rusiyada yaşayan zəngin erməni iş adamları dəstək verə bilər. Bunun xaricində Moskva prosesi sadəcə izləyəcək”.

Tarix
2021.01.30 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla