Yuxarı

Sərkisyan-Köçəryan cütlüyü onlarla birləşir - 4 səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan-Köçəryan cütlüyü onlarla birləşir - 4 səbəb

Ermənistanın eks-prezidentləri və müxalifət liderlərinin bir araya gəlməsi heç də təəccüblü deyil. Çünki 44 günlük müharibədən sonra Ermənistan siyasəti və ictimaiyyəti dərin böhrandan çıxa bilmir. Ölkədə həll edilməli olan ciddi siyasi problemlər var.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın eks-prezident Serj Sərkisyan, eks-prezident Robert Köçəryan, Vətən Partiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksütyun Partiyasının liderlərindən olan İşxan Saqatelyan, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan və keçmiş baş naziri Vazgen Manukyanın görüşü haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Qarabağ klanının nümayəndələri Ermənistan müxalifəti ilə birlikdə mövcud vəziyyəti müzakirə etmək məcburiyyətindədir:

“Birincisi, bu gün Ermənistanda insanların siyasətçilərə inamı azalıb. İnsanlar siyasətçilərin onları aldatması səbəbi ilə proseslərə müdaxilə etmək istəmir. Bu da öz növbəsində müxalifətə heç sərf etmir. Yəni müxalifət nümayəndələri öncə insanların ən azından onlara inanması üçün yollar tapmalıdır.

İkincisi, bu gün Ermənistanda güclü bir ideologiya yoxdur. Xalqı ardınca aparacaq ideologiyanın yoxluğu bu gün Ermənistan müxalifətini düşündürən əsas məsələdir.

Üçüncüsü, Ermənistan müxalifəti bu gün həm Qərbin, həm də Rusiyanın dəstəyini böyük ölçüdə itirib. Daha nə Sərkisyan, nə də Köçəryanın Moskvaya səfəri erməni müxalifəti üçün bir fayda verir. Müxalifət bu mənada həm güclərini, həm də xarici əlaqələrini birləşdirməyə çalışacaq.

Dördüncüsü, 10 noyabr bəyanatına baxmayaraq, bu gün Baş nazir Nikol Paşinyanı dəstəkləyən insanların sayı çoxdur. Müxalifət bu vəziyyəti öz lehinə çevirmək üçün bir araya yığışır”.

Tarix
2021.02.03 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

Nazirlərin növbəti üçtərəfli görüşü Tiflisdə keçiriləcək

İstanbul Bəyannaməsi imzalandı

Bu proses Azərbaycanla koordinasiyalı şəkildə davam edir

Bayramov Azovda vurulan gəmilərdən danışdı

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla