Yuxarı

Bayramov fransız deputatlarla görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov fransız deputatlarla görüşdü - Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib, Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.

C.Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olunub.

Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula, eləcə də təqdim edilən məlumata görə təşəkkürlərini ifadə ediblər. İki ölkənin parlamentləri arasındakı münasibətlərin dostluq prinsiplərinə söykəndiyini bildiriblər. Hazırkı səfərlərini bölgədə mövcud olan vəziyyətlə tanış olmaq, Azərbaycanın mövqeyi barədə məlumat əldə etmək baxımından faydalı qiymətləndiriblər.

Görüşün sonunda nazir Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Tarix
2021.02.22 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla