Yuxarı

İrəvana, Göyçəyə qayıdış mümkündür – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı Qələbədən sonra itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bugünkü iclasında deyib.

“Prezidentin 10 noyabrdan sonra itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması da bunu sübut edir. Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir: “Azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs yaşamaqdadır”.

Həqiqətən də bir xalqın mədəni varlığının və mənəvi sərvətlərinin qorunub saxlanması qayıdışın 1-ci şərtidir. Bu yerdə xatırladaq ki, böyük Üzeyirin, Bülbülün büstləri də Ələsgər kimi öz yurdundan uzaq salınmışdı. Tunc heykəllər də bizimlə birgə yüz illərin döyüşünü aparıb qalib gəlir və öz mərtəbələrinə dönürlər. Halbuki Ermənistanın Azərbaycanda doğulan tarixi şəxsiyyətləri sovet generallarıdır və onların nailiyyətləri yalnız söydükləri Stalin məktəbinə məxsusdur.

İndi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini müdafiə nazirinə və Qarabağda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət edib. Son 3 ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180 dərəcə dəyişən UNESKO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər.

Rusiya hərbi qüvvələri mandatlarına uyğun olaraq, erməni keşişlərinin Xudavəngə-Kəlbəcər yurduna gəlişinə bələdçilik edirlər. Halbuki ziyarətçilər içərisində rahib libası altında rütbəli zabitlərin olduguna şübhə yoxdur. Lakin Azərbaycan bundan narahat deyil. Rusiya hərbi kontingenti son 3 ayda bölgədə 1419 hektar ərazini, 443 km yolu, 1361 evi 24.453 partlayıcıdan təmizləyib. Təqdir olunacaq hadisədir. Bizim üçün müqəddəs olan torpaqlara ruzi-bərəkət deyil, minalar əkən “qədim xalq”ın nazirləri Ermənistandan Xankəndiyə qanunsuz və təhlükəli yollarla gəldikləri halda on minlərlə irəvanlı, göyçəli, zəngəzurlu qanuni və minasız yollarla öz tarixi yurdlarına baş çəkmək istəyirlər. Mən parlament üzvü kimi, Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm. Qoy, UNESKO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhədin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir. Əgər humanitar çözüm yolları axtarırlarsa, bizim vətəndaşlarımızın müraciətlərini də təmin etmək siyasi balans yaradardı. Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün, özlərinin olmayan torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və xoş niyyətlə qayıtmaq istəyir. İndi yüzminlərlə azərbaycanlının pasportunda doğulduqları yer qrafasında bir söz yazılıb - indiki Ermənistan!” – o bildirib.

Tarix
2021.02.23 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla