Yuxarı

Sülh sazişi imzalanmasını istisna etmirik - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh sazişi imzalanmasını istisna etmirik - Prezident

Erməni tərəfi baş nazirin simasında Prezident Putinin sözlərinə qulaq asmırdı. O özü də bunu mənə şəxsən deyib. Müharibə dövründə dəfələrlə təmasda olmuşuq. Təbii ki, Ermənistanın baş naziri ilə bizim birbaşa təmasımız yox idi və yoxdur. Lakin Prezident Putinin vasitəsilə biz bir-birimizə müxtəlif mesajlar ötürürdük və onun sözlərinə baş nazir qulaq asmırdı və beləliklə vəziyyəti elə pisləşdirdi ki, kapitulyasiya aktını hansısa qaranlıq otaqda imzalamalı oldu.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Bizim siyasətimiz birmənalıdır. Biz sülhə köklənmişik. Bizə müharibə lazım deyildi, bu məcburi tədbir idi və bu tədbir illərdir sürən, 30 ildir sürən danışıqlardan daha effektiv oldu”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcək:

“Əgər düşündüyümüz kimi hər şey davam etsə, hansısa mərhələdə sülh müqaviləsinin imzalanmasını istisna etmirik. Çünki de-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Sülh müqaviləsində başqa nə olur ki? Bir tərəf digərini məğlub edir. Digər tərəf kapitulyasiya aktını imzalayır”.

Tarix
2021.02.26 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla