Yuxarı

"Atlantico": Fransa Xocalı soyqırımını tanıyaraq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın nüfuzlu “Atlantico” onlayn resursunda Xocalı soyqırımı və beynəlxalq ictimaiyyətin, ilk növbədə də Fransanın bu faciəyə münasibəti mövzusunda məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalənin müəllifi siyasi elmlər doktoru, Yaxın Şərq üzrə ekspert Sebasyan Bussuadır.

Yazıda qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan yeni tarixinin ən qaranlıq səhifələrindən biri ilə qarşılaşıb.

Ölkə qonşusu Ermənistan kimi yenicə müstəqillik qazanıb. Lakin erməni millətçiləri özlərinki hesab etdiyi ərazilərin - Dağlıq Qarabağın işğalına başlamaqla bölgədəki vəziyyəti gərginləşdirib.

Məqalə müəllifi bildirir ki, bütün müharibələrdə olduğu kimi, burada da döyüşlər çoxsaylı qurbanlara səbəb olub, yüzminlərlə insan öz evlərini tərk etməyə məcbur qalıb.

Lakin Qarabağ müharibəsi həm də hərbi cinayətlərlə zəngin olub ki, onların törədilməsi, əslində 1945-ci ildən bəri qüvvəyə minən beynəlxalq hüquqla qadağan edilib. Təəssüf ki, həmin cinayətləri törədən şəxslər bugünədək tutulmayıb və mühakimə edilməyib. Bu isə öz növbəsində, belə cinayətlərin təkrarlanmasını qaçılmaz edir.

25-26 fevral 1992-ci il gecəsi 7000 nəfərlik bir şəhər olan Xocalının erməni qüvvələri tərəfindən sözün əsl mənasında məhv edilməsi də belə hərbi cinayətlərdən biridir.

Məqalə müəllifinin fikrincə, Xocalı faciəsi Azərbaycan üçün çox ciddi, heç vaxt unudulmayacaq bir psixoloji zədədir. Soyqırımı faktının ortada olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət, o cümlədən də Fransa hələ də bu faciəyə layiqincə siyasi qiymət verməyib.

Sonda ekspert təmsil etdiyi Fransanı Xocalı soyqırımını tanımağa və bununla da bölgəyə münasibətdə balanslaşdırılmış mövqeyini bərpa etməyə çağırıb.

O, uydurma erməni soyqırımını tanıyan bir ölkə üçün bu addımın daha ədalətli olduğunu bildirib. Həmçinin mütəxəssis öz ölkəsini bölgədə daha böyük nüfuz sahibi olması üçün Xocalı hadisələrinə düzgün qiyimət verilməsinin vacibliyini vurğulayıb. Əks halda o, Fransanın Cənubi Qafqazdakı mövqelərinin gündən-günə zəifləyəcəyini qeyd edib.

Tarix
2021.02.28 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla