Yuxarı

Biz İrəvana qayıdacağıq, ermənilər isə gedəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox tarixi mənbələrdə də qeyd olunur ki, erməni xalqı deyilən xalq yoxdur, bunlar Hindistan qaraçılarıdır. Vaxtilə köçəri həyat yaşayıblar və gəlib bu bölgədə məskunlaşıblar. Bu gün mövcud olan erməni dövləti də faktiki olaraq Azərbaycan torpaqlarında formalaşdırılıb. Bu, tarixdir, Prezident də bunu söyləyir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Musavat.com-a geniş müsahibəsində deyib.

“Biz indi erməniyə görə tarixi saxtalaşdırmalı deyilik ki! Deyirik ki, bəli, bu torpaqlar bizim olub, İrəvan türk şəhəri olub, tarix boyu orda türklər yaşayıblar. Amma sonradan orda məskunlaşma siyasəti aparıblar, ermənilər müxtəlif bölgələrdən köçürülüb, həmin əraziyə gətiriliblər. Rus imperiyasının dağılmasından sonra isə orada erməni dövləti formalaşdırılıb. Prezident gənclərimizə tövsiyə edir ki, tarixi öyrənin! Onu da deyir ki, biz İrəvana qayıdacağıq, amma biz Ermənistana qarşı hər hansı ərazi iddiası ilə çıxış etmirik. Bu da o deməkdir ki, əgər sülh sazişi olacaqsa, o zaman mədəni, humanitar əlaqələr yaranacaqsa, düşmənçiliyə son qoyulacaqsa - sözsüz ki, düşmənçiliyə son qoyulacaq, bütün tarix boyunca xalqlar, qonşular bir-biri ilə müharibə aparıblar, amma sonda barışıblar - azərbaycanlılar dədə-babalarının, əcdadlarının yaşadığı ərazilərə qayıdacaqlar. Orada məskunlaşacaqlar, biznes quracaqlar, yaşayacaqlar. Ermənilərin də böyük hissəsi bu bölgədən köçüb gedəcəklər. Onlar fərqindədirlər ki, yaşadıqları torpaqlar onların deyil. Məsələyə daha qlobal yanaşsaq, 100 il qabağa baxsaq, görəcəyik ki, doğrudan da azərbaycanlılar o torpaqlara qayıdacaq, yaşayacaqlar. Hüquqi baxımdan hazırda bunun yolu yoxdur. Artıq Ermənistan BMT tərəfindən bir dövlət kimi tanınıb, mövcud sərhədlər çərçivəsində. Azərbaycan da həmin sərhədləri tanıyıb. Görürsünüz ki, 70-ci illərdə Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olan sərhədlər hazırda demarkasiya olunur. BMT-yə üzv olanda hər bir dövlət bu quruma üzv olan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. Bu BMT-yə üzvü olan dövlətlərin hər birinin əməl etməli olduğu əsas prinsipdir. Azərbaycan da 1992-ci ildə müstəqillik əldə etdiyi dövrə qədər olmuş Azərbaycan SSR ərazisi çərçivəsində BMT-yə üzv olub. Yəni bu məsələlərlə bağlı hüquqi müstəvidə heç bir perspektiv yoxdur”, - o bildirib.

Tarix
2021.04.17 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla