Yuxarı

Sahibə Qafarova Manlio Di Stefano ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova Manlio Di Stefano ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.

Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Manlio Di Stefano Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyaya gerçəkləşən rəsmi səfərin uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycana son səfərini məmnunluqla xatırlayan Di Stefano ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Sahibə Qafarova səmimi görüşə görə təşəkkür edərək, rəsmi səfərin İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin dəvəti əsasında baş tutduğunu bildirib, Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, İtaliya Prezidenti Sercio Mattarella 2018-ci ildə Azərbaycana, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri əlaqələrin inkişafına böyük töhfə verib.

Mədəni əlaqələrin inkişafına toxunan Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və UNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələri vurğulayıb. Qeyd edilib ki, bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Daha sonra Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi və artıq başa çatmış münaqişə barədə məlumat verib. Qeyd edilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb. Ermənistanın münaqişə başa çatdıqdan sonra da tutduğu qeyri-konstruktiv mövqeyə toxunan spiker bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir və bu yolla ərazilərdə bərpa işlərini və məcburi köçkünlərin öz torpaqlarına dönüşünü ləngidir. Eyni zamanda Ermənistan həqiqəti əks etdirməyən məlumatlar yayaraq, münaqişə başa çatdıqdan sonra saxlanılan terrorçuları “hərbi əsir“ kimi qələmə verməyə çalışır. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır, regionda bütün insanların sülh içində yaşamasını istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.05.18 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla