Yuxarı

Zülfüqarov: Sərhəddə gərginliyin pərdəarxası məqamları - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfüqarov: Sərhəddə gərginliyin pərdəarxası məqamları - Video

09:00

Ermənistanda parlament seçkiləri qabağı gərginliyin yenidən artması təsadüf deyil. Gərginlik məqsədli surətdə artırılır. Unutmamalıyıq ki, Qarabağ klanının hələ də erməni ordusu içərisində mövqeləri güclüdür.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mayın 24-dən 26-nadək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinin Ermənistanın Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulması haqda danışarkən deyib.

O bildirib ki, cəbhədə baş verən insidentlər seçkilərlə bağlıdır:

“Qarabağ klanı seçkiqabağı ordu daxilindəki nüfuzundan istifadə edərək süni gərginliklər yaratmağa, bu yolla da daxili auditoriyaya təsir etməyə çalışır.

Mahiyyət etibarilə baş verən gərginlik növbəti məkrli planın tərkib hissəsidir. Belə ki, Ermənistan yenidən münaqişə yaradıb, digər oyunçuları regiona gətirmək istəyir. Bildiyiniz kimi, 10 noyabr bəyanatının heç bir bəndində sərhədlə bağlı nəsə yoxdur. Rəsmi İrəvan bundan istifadə edərək sərhəddə gərginlik yaradır və birinci mərhələdə Rusiyanın mandatını və müşahidəçilərini gərginlik olan ərazilərə yerləşdirməyə cəhd edir.

Digər tərəfdən, Ermənistan bu yolla uzun müddətdir fəaliyyətsiz qalan ATƏT-in Minsk Qrupunun həmsədrlərini də yenidən aktivləşdimək istəyir. Məsələ ondadır ki, həmsədrlər uzun müddətdir prosesə qoşulmaq istəyirdi. Rəsmi Bakı isə münaqişənin bitdiyini əsas gətirərək həmsədrlərin regiona gəlişini istəmirdi. İrəvan bu yolla başqa gücləri bölgəyə cəlb edərək həm də Zəngəzur dəhlizinin reallaşmasını ləngitmək niyyətindədir”.

T.Zülfüqarov onu da qeyd edib ki, baş verən gərginliyin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regiona gözlənilən səfəri ilə heç bir əlaqəsi yoxdur.

Tarix
2021.05.27 / 11:29
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?

Hikmət Cavad Ukraynanın xüsusi mükafatı ilə təltif edildi

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Yaşar Gülər Azərbaycana gəldi

Mehdiyevin ailə üzvləri bir-bir həbs olunacaq - Quliyev

Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili

Bu qəhrəmanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla