Yuxarı

Makronun Ruandada dediyi tək həqiqət budur – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ola bilsin Ruanda soyqırımında iştirak etməyib, bəs digər Afrika ölkələri? Əlcəzairdə dinc xalqı, qadın-uşaq demədən, qətlə yetirən, Qabon, Kamerun, Seneqalda insanları kölə edən kim olub? Bir əsrdən artıq Afrikanın məzlum xalqını, təbii sərvətini mənimsəyən, istismar edən Fransa olmayıb? Makronun Ruandada dediyi tək həqiqət Fransanın soyqırım törədən Ruanda hökumətinin tərəfini saxlaması barədə sözləridir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransa Prezidenti Emmanuel Makron Ruanda səfəri zamanı “Fransa soyqırım törədən Ruanda hökumətinin tərəfini saxlayıb” sözlərini şərh edərkən deyib.

O bildirib ki, Makronun Ruandaya və ya başqa bir Afrika ölkəsinə səfər etməsi Fransanın bu qitədə etdiyi soyqırımlara, axıtdığı qanlara bəraət qazandıra bilməz:

“Fransa bir əsrə yaxın müstəmləkə əsarətində saxladığı Afrika ölkələrində müxtəlif soyqırımlar törədərək qitənin təbii sərvətlərini talayıb. Bu da azmış kimi, yerli xalqı bir-birinə düşmən edəcək bir çox münaqişələr yaradıb. Diqqət etsəniz, bu gün Afrika qitəsindəki əksər ölkələrin dövlət sərhədi sanki xətkeş-qələmlə dəqiqliklə çəkilib. Sanki Fransa özündən sonra da bu qitədə sülhün olmaması üçün bu addımı atıb.

Makronun qeyd etdiyi Ruanda soyqrımının pərdəarxasında məhz Fransa durur. Bu gün özünü demokratik dəyərlərin qoruyucusu sayan Fransa 1994-cü il Ruandada tutsilərin soyqırıma uğramasına həm dəstək verdi, həm də uzaqdan buna səssiz qaldı. Hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin kütləvi şəkildə öldürülməsinə səssiz qalan, altdan-altdan dəstək verən bir ölkənin başçısının bu gün özünü o ölkədə sanki bu hadisələrdən xəbərsizmiş kimi aparmasını izah etmək çətindir. Makron yaxşı olardı başda Əlcəzair olmaqla, ölkəsinin birbaşa soyqırım törətdiyi Afrika ölkələrini ziyarət edib, xalqı və ölkəsi adından bu ölkənin xalqından üzr istəsin. Rəsmi Paris heç olmasa Əlcəzairdə öldürülən və bu gün Fransada barbacasına muzeydə sərgilənən əlcəzairlilərin cəsədlərini təhvil versin. Bunu belə etməyən bir ölkənin bu gün demokratiyadan, insan haqlarından, insani dəyərlərdən danışmağa haqqı yoxdur”.

Tarix
2021.05.28 / 09:30
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla