Yuxarı

Jozep Borrell: Bakının bu addımını alqışlayırıq!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Ermənistanın və Azərbaycanın Gürcüstanın köməyi ilə həbsdə olan 15 erməni əsirinin Azərbaycan tərəfindən geri qaytarılmasını və Ağdam rayonunun mina xəritələrinin Ermənistan tərəfindən verilməsi addımlarını alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nmayəndəsi Jozep Borrellin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bunlar Bakı və İrəvan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. J.Borrell bildirib ki, Aİ bunun tərəflər arasında gələcək əməkdaşlığa və itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin mövcud xəritələrinin yekun verilməsinə yol açacağına ümid edir:

"Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha da əməkdaşlıq etməyə çağırırıq".

Aİ-nin yüksək nümayəndəsi bildirib ki, Avropa İttifaqı mümkün olduğu təqdirdə sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.

Tarix
2021.06.13 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla