Yuxarı

Mühafizəkarlar hakimiyyəti götürdü: İranda nə dəyişəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühafizəkarlar hakimiyyəti götürdü: İranda nə dəyişəcək?

İranda İbrahim Rəisi - mühafizəkarlar qalib gəldi. Bu hakimiyyət dəyişikliyini geosiyasi proseslər fonunda da dəyərləndirmək olar.

ABŞ-da Obamanın – demokratların gəlişindən sonra İranın nüvə proqramı ilə bağlı yumşalmalar Tehranda islahatçıların önünü açdı. Bu, İranda sanksiya altında yaşamaq istəməyən xalqın etirazını yatırmaq, sanksiya altındakı iqtisadiyyatı dirçəltmək məqsədi də daşıyırdı.

İslahatçılar təkcə hakimiyyəti yox, Üləmalar Məclisini və dini lider postunu da istəyirdi. Rza Zərrab məsələsinin hədəflərindən biri də Obama hakimiyyəti ilə islahatçıların mühafizəkarlara qarşı hücumu idi.

Trampın – respublikaçıların gəlişi islahatçıların əlini zəiflətdi.

2017-ci ilin 8 yanvarında – Trampın andiçməsinə az qalmış islahatçıların dini cameədə əsas dayağı və ali dini lider postuna namizədi olan Rəfsəncani xəstəxada öldü. İyun ayında Xomeyni türbəsi, metronun “Xomeyni” stansiyası və parlament binasında terror aktları törədildi.

Bu iki hadisə islahatçıların “açılım” siyasəti üçün sonuncu zərbələr idi. Və o vaxtdan bəlli idi ki, islahatçılar növbəti dönəmdə hakimiyyətdə olmayacaq. Mühafizəkarlar Qasım Süleymaninin öldürülməsindən xalq arasında mövqelərini gücləndirmək üçün maksimum istifadə etdi.

ABŞ-da demokratların gəlişi və nüvə danışıqlarının rəfdən endirilməsi əslində islahatçılar üçün yeni fürsətlər yaratmışdı, lakin bu dəfə geosiyasi vəziyyət dəyişib və İran Çin-Britaniya xəttindən - “bir kəmər, bir yol” layihəsindən yana seçimini edib. Bu, İran üçün nüvə proqramı məsələsinin də əvvəlki qədər problem yaratmayacağına imkan verir.

Mühafizəkarların gəlişi Azərbaycana nə vəd edir?

İranın Azərbaycana qarşı klassik təzyiq siyasəti dəyişməyəcək, xüsusilə İsrail şirkətlərinin azad olunmuş ərazilərin bərpasında iştirakını Tehran özünün milli təhlükəsizliyinə qarşı “təhdid” hesab edir. Digər tərəfdən, İranın regiona ixrac etdiyi dini idealogiya artacaq. Azərbaycan cənubdan gələn dini idealogiya ixracının qarşısını məhz islahatçıların dövründə ciddi ölçüdə kəsə bilmişdi.

Lakin indi Azərbaycanın əlini gücləndirən iki məqam var:

Birincisi, ərazilərin işğaldan azad edilməsi və Cənubi Zəngəzur dəhlizinin gündəmə gəlməsindən sonra İranın Cənubi Qafqaza əsas giriş qapısı Azərbaycandır və bu, Tehranı Bakı ilə münasibətlərdə ehtiyatlı olmağa sövq edə bilər.

İkincisi, “bir kəmər, bir yol” layihəsində Orta dəhlizin aktuallığı və digər quru dəhlizlərinin, eləcə də İranın üzərində yerləşdiyi Cənub dəhlizinin Azərbaycan üzərində hab formasında birləşdirilməsi qərarının olmasıdır. Bu, İranı bölgədə “altılıq platforması”nda yer almağa sövq edə bilər.

Tarix
2021.06.20 / 00:39
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla