Yuxarı

Çingiz Mustafayevin qəhrəmanı Xocalıya qayıtdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Mustafayevin qəhrəmanı Xocalıya qayıtdı - Foto

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb.

Bu barədə Axar.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım illər sonra, 44 yaşında doğma torpağında yeni həyata başlayıb.

O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

L.Mahmudova qeyd edib ki, 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etsə də, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb:

"Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun".

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib.

Tarix
2026.09.24 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla