Yuxarı

Böyük Qayıdışa BMT də cəlb edildi – Mühüm

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Qayıdışa BMT də cəlb edildi – Mühüm

İşğaldan azad edilən ərazilərimizə Böyük Qayıdış onsuz da baş tutacaq. Bu prosesin beynəlxalq təşkilatlar və beynəlxalq hüququn normaları ilə aparılması gözlənilirdi. Bu mənada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bu istiqamətdə əldə edilən razılıq çox mühümdür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı əldə edilən razılığı şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi 1992-ci ilin dekabr ayından fəaliyyət göstərir:

“Azərbaycan Respublikası 2012-ci ildən BMT QAK-ın İcraiyyə Komitəsinin üzvüdür. Təşkilatın xətti ilə təxminən 112 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir. Təbii ki, 44 günlük müharibə sonrası torpaqların işğaldan azad edilməsi ölkə başçısının daha öncədən elan etdiyi Böyük Qayıdış planının başlamasına səbəb oldu. Bu gün Qarabağda bərpa prosesi sürətlə davam edir və tədricən qaçqınların öz torpaqlarına qayıdışı da gerçəkləşəcək. BMT QAK fəaliyyətə başladığı ilk illərdən etibarən qaçqın və məcburi köçkünlər üçün sığınacaq, əsas ehtiyacların ödənilməsi (ərzaq, qeyri-ərzaq yardımı, su təchizatı, sanitariya və s.), təhsil, səhiyyə və s. layihələr həyata keçirmişdir. Bu gün isə əldə edilən razılıqla artıq daha böyük işlərin görüləcəyi mesajı verildi”.

Tarix
2021.07.06 / 14:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla