Yuxarı

Türkiyə, Pakistan və Azərbaycan əməkdaşlığının məqsədi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə, Pakistan və Azərbaycan əməkdaşlığının məqsədi...

Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bildirib.

Azərbaycan, Pakistan, Türkiyə parlament rəhbərləri ilk iclasının Bakıda keçiriləcəyini bildirən M.Şəntop qeyd edib ki, bu barədə qərar İslamabadda qəbul olunub. O deyib ki, əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi: “İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önəmli addım atılacaq”.

TBMM-in sədri bildirib ki, Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur:

“İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi bir birliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik”.

Tarix
2021.07.27 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevə sual: Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz?

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla