Yuxarı

Rəsmi İrəvana dərhal təzyiq göstərilməlidir! - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi İrəvana dərhal təzyiq göstərilməlidir! - Ekspert

Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhəddə (Ermənistan-Azərbaycan) silahlı təxribatlar törətməkdə davam edir. Avropa, Asiya və Şimali Amerika ölkələrinin hökumətləri, həmçinin BMT rəhbərliyi Ermənistan hakimiyyətini vicdanlı olmağa və dəhşətli hərəkətlərə son qoymağa çağırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Report-a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində qeydə alınan gərginliyi şərh edərkən bildirib.

“Ermənistan Azərbaycanın suveren ərazisindəki mina sahələrinin bütün xəritələrini təqdim etməlidir. Ermənistan tərəfinin atəşkəs rejimini pozmasına və Azərbaycanın günahsız vətəndaşlarını qətlə yetirməsinə beynəlxalq ictimaiyyətin göz yumması qəbuledilməzdir”, - o deyib.

Politoloqun sözlərinə görə, Ermənistan ötən ilin noyabr ayında imzalanmış üçtərəfli razılaşmanın bütün şərtlərini yerinə yetirməyə borcludur:

“Təxminən son 30 il ərzində rəsmi İrəvan Ermənistan liderlərinin imzaladıqları beynəlxalq razılaşmalara etinasız yanaşıb. Ermənistan elə səviyyəyə çatıb ki, qonşulara qarşı münasibətdə yalan yolverilməzdir. Ermənistan quyruğunu qısaraq beynəlxalq razılaşmaların şərtlərinə riayət etməli olacaq”.

Tarix
2021.07.29 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla