Yuxarı

Parlament buraxılır? - Millət vəkili açıqladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlament buraxılır? - Millət vəkili açıqladı

Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır.

Axar.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili Vüqar Bayramov bildirib ki, yayılan xəbərlərdə bu mövqe gücləndirən və ya isbat edən arqumentlər göstərilmir və sadəcə ümumi fikirlərə üstünlük verilir. Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərinin önündə həmçinin strukturun daha təkmilləşdirilməsi durur. Azərbaycan Milli Məclisin VI çağırışı eyni zamanda məclisin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yeniləşməsi ilə yadda qaldı.

Millət vəkiliin sözlərinə görə, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir. Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artırıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və idarəetmədə səmərəlliyin daha da yüksəlməsi müşahidə olunur.

Vüqar Bayramov bildirib ki, parlamentin uzun müddətli fəaliyyəti göstərir ki, Milli Məclisin mövcud say tərkibi və stukturu səmərəli idarəetmə üçün məqbuldur. Digər tərəfdən, xüsusən son çağrışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının da yüksəlməsi qeydə alınıb.

Millət vəkili əlavə edib ki, biz mütəmadi olaraq öz dairəmizdə vətəndaşlar ilə görüşüb onları qayğılandıran məsələləri mərkəzi idarəetmə orqanlarına təqdim edirik, mətbuatda gündəmə gətiririk. Vətən müharibəsi və pandemiya dövründə də millət vəkili kimi fəallığı artırmağa çalışmağımız da məhz Milli Məclis qarşısında müəyyənləşdirilən yeni hədəflərin nəticəsidir.

Onun sözlərinə görə, bu baxımdan, konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır.

Tarix
2021.08.01 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla