Yuxarı

Qərbyönlü Mirzoyan ilk səfərini niyə Rusiyaya etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbyönlü Mirzoyan ilk səfərini niyə Rusiyaya etdi?

Ermənistanda yeni qurulan hökumətin üzvlərinin ilk səfərlərini Rusiyaya etməsi artıq adət halını alıb. Bu səfərlər işgüzar səfər adlansa da, realda tam fərqli bir şeydir. Biz bunu bir növ erməni rəsmilərin Kreml qarşısında sədaqət testi və ya andiçməsi kimi də qəbul edə bilərik.

Bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya işgüzar səfərini şərh edərkən deyib.

Politoloq Ararat Mirzoyan qərbyönümlü olduğunu deyib:

“Bunu Rusiya da yaxşı bilir və deyərdim ki, Kreml bu təyinatdan narazıdır. Rusiya qərbyönümlü erməni naziri yoxlamaq istəyir. Yəni Moskva Mirzoyanın düşüncələrini bilməyə, onun rəhbərliyində Ermənistan xarici siyasətinin necə formalaşacağını müəyyən etməyə çalışır.

Bu gün Rusiya siyasətçiləri də yaxşı başa düşür ki, Ermənistan bəzi şeyləri artıq anlayır. Rəsmi İrəvan bilir ki, Kreml onun işğalçılıq siyasətinə dəstək verməyəcək. Bu baxımdan Ermənistan üzünü Qərbə çevirib, başda Fransa olmaqla, yeni “müttəfiqlər” axtarmalıdır. Görünür, Ararat Mirzoyan da belə düşünən şəxslərdəndir. Biz bunu onun Rusiyaya işgüzar səfərindən sonra daha çox hiss edəcəyik”.

Tarix
2021.08.31 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla