Yuxarı

Fondun humanitar yardımının da dalına keçirlər - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fondun humanitar yardımının da dalına keçirlər - Prezident

Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əmək haqqına bərabərdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edirsə ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir", - Prezident vurğulayıb.

Tarix
2021.09.14 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla