Yuxarı

İlham Əliyev daha bir səfiri qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan səfir Vasile Soare dedi: Hörmətli cənab Prezident, icazə verin, mənim Rumıniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməyim haqqında Rumıniya Prezidenti cənab Klaus Yohannis tərəfindən imzalanmış etimadnaməmi Sizə təqdim edim.

Səfir Vasile Soare etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev: Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı keçməsini və fəal işləməyinizi arzu edirəm. Düşünürəm ki, siz artıq yaxşı tarixə malik olan qarşılıqlı münasibətlərimizin inkişafı üçün fəal səy göstərəcəksiniz. Ümid edirik ki, həm ikitərəfli münasibətlər, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində perspektivlər bu cür yaxşı olacaq. Müzakirə ediləsi mövzular çoxdur. Əlbəttə, Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır. Uzun illər boyu Rumıniya bu əməkdaşlığın möhkəmlənməsi üçün ən fəal rollardan birini oynayıb. Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir. Buna görə də burada perspektivlər çoxdur. Fikrimcə, iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanlar çoxdur. Ona görə ki, bildiyiniz kimi, Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır. Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq. Zənnimcə, biz bunu qarşılıqlı maraqlar əsasında davam etdirəcəyik. Sizə Azərbaycanda vaxtınızın yaxşı keçməsini və fəal işləməyinizi arzu edirəm.

Səfir Vasile Soare: Təşəkkür edirəm, cənab Prezident. Həqiqətən, Rumıniyanın Azərbaycanda səfiri təyin edilməyim mənim üçün böyük şərəfdir. Mən bu istiqamətdə uzun illər boyu işləmişəm. Bundan əvvəl Qazaxıstanda və Rusiya Federasiyasında səfir olmuşam. Uzun illər boyu Azərbaycan ilə münasibətlərə kuratorluq etmişəm, bütün tədbirlərimizi ən yüksək səviyyədə təşkil etmişəm. Bir faktı gizlətmirəm ki, 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, həmçinin Fəaliyyət Planının və bu mühüm sənədə daxil edilmiş layihələrin hazırlanmasında bilavasitə iştirak etmişəm.

Tarix
2021.10.28 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla