Yuxarı

Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun qarşısına bu tapşırıq qoyulub –

Bir il əvvəl Ermənistanı İkinci Qarabağ müharibəsində darmadağından, Paşinyanın özünü isə linçdən xilas edən Rusiya oldu. Məhz Rusiya - nə ABŞ, nə Fransa, nə də Avropa Birliyi. Qərbli “dostları”, əslində isə sahibləri onu parçalanmağa tərk edəndə Paşinyan Kremlin ayaqlarına qapanaraq yardım yalvarırdı.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Məhz Kremlin razılığı ilə Paşinyan Ermənistan hökumətinin başında qala bildi. Paşinyan özünü yenidən “Qüdrətli Nikol” hiss edəndə fikirləşdi ki, o, Moskvanı tərk edə bilər, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə əldə olunan sülh razılaşmalarını yerinə yetirməyə, öz adi işğalına qayıdıb qərbli ağalarının tapşırıqlarını icra edə bilər”, - Arkov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiya, Azərbaycan və Türkiyə təkcə regionda deyil, ümumilikdə Avrasiyanın bu hissəsində öz nüfuz və təsirlərini gücləndirib:

“Ötən ilin payızında isə həm ABŞ, həm də Avropa İttifaqı müxtəlif səbəblərdən Qarabağ münaqişəsi tərəflərinin real barışığında iştirakdan imtina etmiş, nəticədə əvvəlki mövqelərini itirmişdilər. İndiki tapşırıq Qərbi geri qaytarmaqdır. Bu, Vaşinqton, Paris və Brüssel tərəfindən bu gün müşahidə edilən bütün təşəbbüslərin əsas məqsədidir. Onlar İrəvanın taleyi üçün qətiyyən narahat deyillər. Nikol Paşinyan dövründə Ermənistan regionda gərginliyi saxlamaqla Qərbin Rusiya, Azərbaycan və Türkiyəyə təzyiq rıçaqı olaraq qalır”.

Arkovun qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yeni üçtərəfli danışıqlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tamamlayan və genişləndirən sənədlərin imzalanmasını nəzərdə tutur:

“Brüssel görüşü elan ediləndən sonra nəhayət bəlli olur ki, Nikol Paşinyan müxtəlif bəhanələrlə Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyevlə görüşünü təkcə sənədlərlə bağlı fikir ayrılığına görə təxirə salmayıb, hətta onun qarşısına Moskvanın rolunu neytrallaşdırmaq üçün bu sammiti pozmaq, kollektiv Qərbin roluna önəm vermək vəzifəsi qoyulub”.

Tarix
2021.11.23 / 14:53
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Litva XİN Azərbaycanı təbrik etdi - Foto

Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla