Axar.az
Yuxarı

Putin tələsir: Paşinyan Soçidə bu sənədlərə imza atdıracaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Əliyev-Putin-Paşinyan görüşünü təsdiqləyir: tarix 26 noyabr, yer Soçi.

Brüssel görüşü ilə bağlı informasiya yayılanda yazmışdıq: “Rusiya Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək. Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq”.

Ardınca Putin və Paşinyan arasında telefon söhbəti (böyük ehtimalla Moskvanın təşəbbüsü idi) oldu və Soçi görüşü haqda xəbərlər yayıldı: Rusiya Ermənistanı masaya gətirmək üçün açıq təzyiq edir.

Soçi görüşü ilə bağlı informasiyada diqqətçəkən məqam Rusiya mediasının “Kremlin təsdiqi”nə istinadən yaymasıdır. Bu, İrəvanda görüşlə bağlı hələ də tərəddüdlərin olduğu və rusların ikinci dəfə səhv etmək istəməmələrindən qaynaqlanır.

Peskov noyabrın ilk ongünlüyündə üçtərəfli görüşün olacağını açıqlamışdı, Paşinyanın təkzibindən sonra fikirlərinə korrektə etməyə məcbur oldu. İndi məlumatı Peskov yox, rus mediası Kremlə istinadən yayır. Ermənistan XİN-in dünən xəbəri təkzib etməsi də görüşə qədər proqramın dəyişə biləcəyi ehtimalını gücləndirir. İstisna deyil ki, Peskov tam dəqiqləşdiyi halda açıqlama verəcək.

Görüşün əsas gündəliyi nədən ibarətdir?

Hələ “9 noyabr görüşü” gündəmdə olanda iki məsələnin aktual olacağını yazmışdıq (7 noyabrda):

1. Kommunikasiyaların açılması ilə bağlı qrafikin təsdiqlənməsi;

2. Sərhədlərin delimitasiya və demarkasiyasına başlamaqla bağlı razılığın olması.

Bu gözləntini gücləndirən məqamlar da var:

- Kreml Soçi görüşündə kommunikasiyanın bərpasına xüsusi diqqət ayrılacağını bildirir;

- Sərhəddə sonuncu döyüşlər delimitasiya-demarkasiyanın qaçılmaz olduğunu təsdiqlədi: kommunikasiyanın bərpası üçün də sərhədin müəyyənləşdirilməsi prosesinə ehtiyac var;

- Paşinyanın müavini, üçtərəfli İşçi Qrupunun üzvü Mqer Qriqoryanın açıqlamaları da sərhəd və kommunikasiyanın bərpası müzakirələrində irəliləyişin olduğu fikrini ortaya çıxarır.

Hərçənd, Qriqoryanın açıqlamaları prosesin yekunlaşmadığını deməyə əsas verir və bu, Soçi görüşündə “sənədlər imzalana bilərmi” sualını aktuallaşdırır.

“9 noyabr görüşü” xüsusilə sərhəd məsələsindəki fikir ayrılığına görə baş tutmadı. Rusiya rəsmilərinin “razılaşmalar olan kimi görüş keçiriləcək” açıqlamaları da müzakirələrin getdiyinə deməyə əsas verirdi. Mümkündür ki, Rusiya görüşü məhz detalların razılaşdırılmasından sonra keçirmək niyyətində idi, Brüssel görüşünün gündəmə gəlməsi isə Moskvanı tələsməyə məcbur etdi. Bu baxımdan, Putinin hansısa sənəd imzalanmasa belə görüş keçirmək istəyi Qərblə yarışda önə çıxmaq gedişi kimi görünə bilər. Lakin Paşinyanın mərkəzdənqaçma meylləri, Qərbin prosesə praktiki müdaxilə imkanlarının artması Rusiyanı məcbur edir ki:

- Üçtərəfli bəyanatların icrasında irəliləyişə nail olsun: ən optimal variant məhz kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsidir;

- Və Aİ-nin vasitəçi olmaq istədiyi sərhəd məsələsində öz “hakim rolunu” rəsmi şəkildə təsdiqləsin: Putinin “Valday”da çıxışı zamanı verdiyi mesaj da sərhəd məsələsinin Qərbin müdaxiləsi üçün zəif nöqtə olduğunu təsdiqləyir;

Məhz bunlara görə Soçi görüşündə imzaların atılacağı ehtimalı ön plandadır: konkret sənədlər olmasa, Brüssel görüşü ruslar üçün risk olaraq qalacaq.

Tarix
2021.11.23 / 23:49
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Bayramov Çavuşoğlu ilə görüşdü

Ceyhun Bayramov Soçi görüşündən danışdı

Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Soçidə razılıq əldə edildi, proses başlayır - Rus ekspert

Soçidə vacib qərar: Bu həftə və ilin sonunadək...

SOCAR Ermənistan bazarına bu cür girir

Putin Əliyev və Paşinyanla görüşü ilə bağlı TŞ-ni topladı

Rusiya və Çin Türk Birliyinin təbii üzvləridir

Soçidə üçtərəfli görüş keçirildi - Video

GUAM-a sədrlik Moldovaya keçəcək

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla