Yuxarı

İrəvan bu torpaqları qaytarmır, Kreml isə oynayır...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan bu torpaqları qaytarmır, Kreml isə oynayır...

Oktyabrın 13-də 1921-ci il Qars sülh müqaviləsinin 100-cü ildönümü səssizcə və hiss olunmadan yanımızdan ötdü. Baxmayaraq ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında ilk və de-yure yeganə beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərini məhz o yaratmış və bu gün də onların beynəlxalq hüquqi təminatçısıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini dünya miqyasında akademik səviyyəyə qaldırmaq üçün əla fürsət var idi. Bunun üçün Qars sülh konfransında iştirak edən ölkələrin nüfuzlu nümayəndələrini və bir sıra tanınmış dünya səviyyəli ekspertləri dəvət etməklə dünya ölkələrinin çox ciddi elmi konfransını toplamaq olardı və bu mötəbər auditoriyada günümüzün bütün praktiki suallarına cavablar müzakirə oluna bilərdi:

“İndi Azərbaycanla Ermənistan arasında sərhəd xətti məsələsi Bakı, İrəvan və Kreml arasında çox qapalı məsləhətləşmələrin mövzusudur. İrəvan SSRİ dövründə aldığı Azərbaycan torpaqlarının bir qarışını da itirmək fikrində deyil. Bunun sayəsində Kreml tərəflər arasında uğurla manipulyasiya edir. Məhz buna görə də hər kəs yubileyi unutdu, baxmayaraq ki, beynəlxalq hüquq normaları əsasında işi ölü nöqtədən hərəkətə gətirmək şansı var idi. Eybi yox, gözləyək, 2022-ci il sentyabrın 11-də Qars sülh müqaviləsi və buna uyğun olaraq onun müəyyən etdiyi sərhədlərin qüvvəyə minməsinin 100 illiyi tamam olacaq”.

Tarix
2021.11.24 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir

Türkiyə nümayəndələri İrəvanda

Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Bilal Ərdoğan Azərbaycanda

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

KQB şinelindən çıxan müxalifətin casusluq macəraları...

İlham Əliyev Saqr Qobaşı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla