Yuxarı

XİN-dən İrəvanın bəyanatına cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən İrəvanın bəyanatına cavab

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası İrəvanın öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

"Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.

30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.

Tarix
2021.12.07 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla