Yuxarı

Səfirlik Pekresin iddialarına cavab verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirlik Pekresin iddialarına cavab verdi

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekresin yerli mətbuatda sayıqlamalarına etiraz olaraq açıqlama yayıb.

Axar.az xəbər verir ki, mətbuata açıqlamasında səfirlik Fransa prezidentliyinə namizəd Valeri Pekresin iddialarına cavab verərək, onu ən azından prezidenti olmaq istədiyi ölkənin milli qanunvericiliyinə riayət etməyə çağırıb.

Dekartın “həqiqətə çatmaq üçün həyatda bir dəfə insan ona deyilən bütün fikirlərdən qurtulmalı və bütün bilik sistemini yenidən qurmalıdır” aforizmi ilə başlayan açıqlamada Azərbaycana qarşı iddiaların qəbuledilməz olduğu vurğulanır. Qanunsuz səfərini ört-basdır etməyə çalışması üçün yanlış iddialardan əl çəkməli olduğu bildirilir. Fransa qanunvericiliyinin aidiyyəti müddəaları xatırladılaraq qeyd edilir ki, Fransa prezidenti seçkilərinə namizəd öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır.

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əsasını təşkil edən yuxarıda qeyd olunan prinsiplərə xanım Pekresin göstərdiyi hörmətsizlik dözülməzdir və buna son qoyulmalıdır. Seçki korluğu Azərbaycanla beynəlxalq hüquq prinsipləri əsasında qurulmuş köhnə dostluq münasibətlərini təhlükə altına almaqla yanaşı, Qafqaz regionunun sabitliyinə və inkişafına da xələl gətirə bilər”, - deyə mətbuata açıqlamada qeyd olunur.

Tarix
2022.01.18 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla