Yuxarı

Pakistanın iş adamları Azərbaycana səfər edəcək - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanın iş adamları Azərbaycana səfər edəcək - Foto

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin artırılmasına töhfə verəbiləcək potensialı olan müxtəlif sənaye bölgələrini ziyarət edib. Ziyarət zamanı pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı bildirilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən Axaraz-a verilən məlumata görə, bu ölkənin nüfuzlu şirkətlərindən biri olan "Sardar Group Company"-nin rəhbəri, eləcə də İslamabad Sənaye və Ticarət Palatasının keçmiş prezidenti Sərdar Yasir İlyas Xanın təşkilatçılığı ilə baş tutan ziyarət zamanı, X.Fərhadov bu ölkənin yeyinti, əczaçılıq və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış zavod və fabriklərinə baxış keçirərək iş prosesləri ilə yaxından tanış olub.

Ziyarət zamanı ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı diqqətə çatdırılıb.

Tarix
2022.01.23 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla