Yuxarı

Avstriya bu ailəni deport etdi: ADP müxalifət deyil!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya hökuməti 6 ildir bu ölkədə siyasi qaçqın statusu almaq istəyən azərbaycanlı ailə Qasımovların deportasiyası ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Haqqin.az” yayıb.

Bildirilib ki, Siyafər və Şəmsiyyə Qasımovalar iki övladları ilə birgə 2016-cı ildə Azərbaycanı tərk ediblər. Avstriyaya gedən Siyafər Qasımov orda bildirib ki, müxalif Azərbaycan Demokrat Partiyasının (sədri Sərdar Cəlaloğludur) fəalıdır, həbs təhlükəsinə görə ölkədən qaçıb.

Qasımov Cənubi Avstriyada yerləşib, işə düzəlib, mexanik işləyib, Şəmsiyyə isə yerli universitetlərdən birinə qəbul olunub. Bu illər ərzində Qasımovlar vətənlərində siyasi təqibə məruz qaldıqlarını iddia ediblər.

Ancaq Avstriya Federal Məhkəməsi bugünlərdə 3-cü, sonuncu dəfə onların tələblərini rədd edib və Azərbaycana deportasiya haqda qərar verib.

“Azərbaycan Demokrat Partiyası real müxalifət partiyası deyil, hakimiyyətlə işləyir və onun üzvləri repressiyadan qorxmaya bilərlər. Həyat yoldaşı və övladlarını da Azərbaycanda heç bir təhlükə gözləmir”, - Federal Məhkəmənin qərarından bu sitatı “Kuryer” nəşri tirajlayıb.

Siyafər Qasımov isə bu qərarı faciəvi adlandırıb. O deyib ki, onun övladları hətta Azərbaycan dilini də bilmir, artıq avstriyalı olublar: “Burda iş tapmışam, övladlarım burda gimnaziyaya gedir, dostlarımız burdadır. Azərbaycana qayıtmaq mənim üçün faciəvi olacaq”.

Tarix
2022.02.11 / 22:02
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla