Yuxarı

Separatçılar yazda hücuma hazırlaşır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı-terrorçu rejimin “parlamenti” “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi”ni birinci oxunuşda qəbul edib. Qondarma “qanun”a Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonu daxildir.

Terrorçu rejimin bu “qanunu” praktiki olaraq əhəmiyyətsizdir. Özləri də praktikada necə tətbiq edəcəklərini bilmədiklərini deyir. Lakin qondarma “qanun”dan Qarabağın “statusu” məsələsində istifadə etmək istədikləri bəllidir.

Bunun fonunda separatçılar hərbi müstəvidə də fəaliyyətini genişləndirir. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması təsdiq edir ki, erməni terrorçular kənd təsərrüfatı işləri adı ilə səngər qazmağa çalışıblar. Bu cəhdin qarşısı alınıb, lakin rus sülhməramlılarının dayandığı mövqelərdən başqa, erməni terrorçuların postlarının olduğu da məlum məsələdir və bu postlarda mühəndis-istehkam işləri həyata keçirilir.

Separatçı rejim Qarabağda mülki ermənilərin də silahlandırılması istiqamətində işləyir. Qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın təşəbbüsü ilə mülki ermənilər hərbi təlimlərə cəlb olunacaq. Fevral-may ayları olmaqla 3 ay davam edəcək təlimlərdə atəş hazırlığı üzrə dərslər keçiriləcək.

Mülki ermənilərin də silahlandırılmasının iki mümkün səbəbi var:

- separatçılar silahlı dəstələrində canlı qüvvə çatışmazlığını bu yolla aradan qaldırmaq istəyirlər;

- mülki ermənilərin gələcəkdə Azərbaycan vətəndaşlığının qəbul etməsi perspektivinin qarşısı alınır.

Təlimlərin önümüzdəki 3 ay müddətində nəzərdə tutulması isə separatçıların cari dövrə hazırlaşdığından da xəbər verir: mümkündür ki, terrorçu rejim Azərbaycanın hərbi müstəvidə ata biləcəyi addımların qorxusu ilə silahlı dəstələrini gücləndirir.

Lakin qondarma “qanunun” qəbulu və azad olunan ərazilərin yenidən işğal edilməsi planı separatçı-terrorçu rejimin təlimlər zamanı, xüsusilə yaz-yay aylarında Azərbaycan Ordusunun hazırda dayandığı mövqelərə təxribat hücumları həyata keçirə biləcəyini də istisna etmir. Erməni əhalinin silahlanması və mümkün təxribatlara qoşulması “əhali öz müqəddəratını təyin etmək istəyir” məsələsinin aktullaşmasına şərait yarada bilər və bu, rusların da “təhlükəsizliyi qorumaq” adı ilə bölgədə qalması imkanlarını artırır.

Tarix
2022.02.16 / 16:20
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Zelenski İrəvana yardıma gəlir - Erməni ekspertlər şokda

Təbrizdə “Qarabağ”ın qələbəsi belə qeyd edildi - Foto

Mişadan Ukrayna açıqlaması: Mənə əzab verən budur!

Nikol mövqe seçdi: Fransız silahı, Zelenskinin səfəri

Zelenski İrəvana gəlir: Rusiyaya II cəbhə açılır?

Atəş açan erməni postunun koordinatı... - MN

4 il əvvəl itkin düşmüş qızı atası öldürübmüş - DİN

İrəvan yenidən təxribatlara əl atarsa, cavabımız...

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Ermənilər yenə atəşə tutdu - Son dəqiqə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla