Yuxarı

Putinin Bakıya unikal hədiyyəsi: Qərbi Zəngəzur...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Bakıya unikal hədiyyəsi: Qərbi Zəngəzur...

Dünya arxitekturası yenidən qurulur, Rusiya və onun lideri Vladimir Putin yeni presedentlər yaradır, tarixi ədaləti bərpa edir...

Putinin ən unikal presedentlərindən biri, əlbəttə ki, Krımla bağlıdır. Vladimir Putin Krımın 1954-cü ildə keçmiş SSRİ rəhbərliyi tərəfindən ədalətsizcəsinə və heç bir səbəb olmadan Ukraynaya verilməsini bütün platformalarda bəyan edir və Krımın anneksiyasının qanuniliyini vurğulayır.

Eyni proses Donetsk və Luqanskda da həyata keçirilir. Vladimir Putin, ümumiyyətlə, Ukrayna dövlətini “Lenin və Stalinin məhsulu” sayır və bu dövlətin rus torpaqları hesabına yaradıldığını bildirərək, onu hissə-hissə geri almaqda qərarlı olduğunu nümayiş etdirir.

İndiyə qədər bir hissəsini geri alıb və iddiasını davam etdirir.

Maraqlı prosesdir. Bundan çıxış edərək, Türkmənçay müqaviləsinin şərtləri əsasında 1828-ci ildə Azərbaycana – İrəvan və Qarabağ xanlığının ərazisinə ermənilərin kütləvi şəkildə köçürüldüyü və İrəvan xanlığının ərazisinin bir hissəsində erməni vilayətinin yaradıldığını bir kənara qoyuruq. Krımı, Donbası Ukraynaya verən, cənab Putinin dediyi həmən o Lenin-Stalinin rəhbərlik etdiyi bolşeviklərin Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bizdən qanunsuz olaraq, heç bir referendum keçirmədən qoparıb, ədalətsizcəsinə Ermənistana bağışladığı torpaqları geri tələb etmək üçün Kreml bizə, ən azı, siyasi iddia imkanı tanıyır.

Qərbi Zəngəzur və Naxçıvan torpaqlarının bir hissəsi Ermənistana 1920-ci ilin avqust-noyabr ayları arasında verilib. Bunu Lenin və bolşeviklər edib.

Beləliklə, Azərbaycan da Rusiya dövlət liderinin dəmir məntiqi ilə öz torpaqlarını geri tələb etməlidir.

Bunun beynəlxalq hüquq baxımından hansı əsasları var? Bu barədə Rusiya təcrübəsini öyrənə, Kremldən yardım ala bilərik.

Yeri gəlmişkən, Rusiyadan bu məsələdə artıq hərbi yardım istəmək hüququmuz da yaranıb – 22 fevral 2022-də Moskva Bəyannaməsi imzalanıb.

Bu işdə NATO müttəfiqi qardaş Türkiyənin də yanımızda olacağına heç bir şübhə yoxdur.

Niyə də etməyək? Hardan başlamalı olduğumuza artıq siyasətçilər və hüquqşünaslar qərar versin...

Tarix
2022.02.23 / 15:41
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla