Yuxarı

İrəvanda aksiyalar sülh prosesinə mane olur? – Özcan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda aksiyalar sülh prosesinə mane olur? – Özcan

Türkiyə Ermənistanla danışıqları həm də Azərbaycanın milli təhlükəsizlik maraqları nəzərə alınmaqla, rəsmi Bakı ilə koordinasiyalı şəkildə davam etdirir.

Bu sözləri Axar.az-a Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün aparılan danışıqları şərh edən Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri professor Məsud Özcan deyib.

Professorun sözlərinə görə, Ermənistan daxilində hazırda baş verənlər normallaşma prosesinin gedişatını çətinləşdirir:

“Türkiyə və Ermənistan arasında normallaşma prosesi üçün aparılan danışıqlar İrəvandakı iqtidara ölkə daxilindəki etirazlar və digər amillər səbəbindən yavaş və mərhələli şəkildə irəliləyir. Ermənistanda mövcud hökumətə qarşı davam edən etirazlar son zamanlar daha da kəskinləşib. Əlbəttə, bu rəsmi İrəvanın daxili işidir. Burada əsas məsələ odur ki, mitinqlər Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara, son nəticədə yekun sülh müqaviləsinin imzalanmasına, Türkiyə ilə münasibətlərin normallaşması prosesinə mane olmasın. Türkiyə əvvəldən davamlı sülhün bərqərar edilməsi üçün bütün bölgə ölkələrinin əməkdaşlığını və birgə addımların atılmasını təklif edir. Ancaq hazırda Ermənistanda davam edən mitinqlər prosesin mürəkkəbliyindən xəbər verir. İndiyədək Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələr səviyyəsində danışıqların üç raundu keçirilib. Bu belə öz-özlüyündə danışıqların gələcəyinə ümidləri artırır. Ancaq bütün hallarda danışıqlar zamanı hər detalı nəzərə almalıyıq”.

Tarix
2022.05.14 / 00:40
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla