Yuxarı

Türkiyə veto haqqını istifadə etsə... – Kürşad Zorlu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb İsveç və Finlandiyanın qatılması ilə NATO-nun təhlükəsizliyinin daha da güclənəcəyini hesab edir. Finlandiya Rusiya təhdidinə görə, bu il NATO-nun dövlət büdcəsinin minimum 2 %-nin müdafiə sahəsinə ayrılması ilə bağlı qoyduğu hədəfə çatmaq və təşkilata üzv olmaq istəyir. Finlandiyanın hərbi kontingenti 280 min nəfərə yaxındır və F-35 təyyarələrinin önəmli tədarükçülərindəndir. Bununla müqayisədə İsveçin 24 minlik ordusu var. Hər iki ölkənin qoşulmama ilə bağlı statusu var.(Hər iki ölkə Qoşulmama Hərəkatının üzvləridir). Lakin onlar 1994-cü ildə qəbul edilmiş “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Bu fikirləri Axar.az-a açıqlamasında Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxmasını şərh edən Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.

Professorun sözlərinə görə, Türkiyənin burada əsas hədəfi milli təhlükəsizliyə təhdid olan PKK və digər terror təşkilatlarına İsveç və Finlandiya kimi ölkələrdən gələn dəstəyi birdəfəlik kəsməkdir:

“NATO üzvləri arasında sözügedən məsələ barədə veto kartını ortaya atan tək ölkə Türkiyədir. Rəsmi şəkildə də dəfələrlə ifadə edildiyi kimi, Türkiyə İsveç və Finlandiyanın PKK və YPG terror təşkilatları ilə əlaqələrini, eyni zamanda müdafiə sənayesi sahəsində ölkəmizə tətbiq etdiyi sanksiyaları yenidən nəzərdən keçirmələrini istəyir. Lakin rəsmi Ankaranın haqlı tələblərinə baxmayaraq, bu ölkələrin NATO-ya qəbuluna güclü dəstək var. Türkiyənin veto qərarı isə NATO və ABŞ ilə yenidən əlaqələri gərginləşdirə bilər. İndiki mərhələdə Rusiyanın sərgiləyəcəyi mövqe də böyük əhəmiyyət daşıyır. Əgər Türkiyə tək veto haqqını istifadə edəcək ölkə kimi qalsa, dövlətimiz Qərb ilə Rusiya arasında mübarizədə konkret tərəf seçmək məsələsi ilə üzləşə bilər. Doğrudur, Rusiyanın da YPG ilə kritik əlaqələri var və onlar da Türkiyə ilə yaxınlaşmaya rəğmən bundan imtina etmədilər”, - deyə professor qeyd edib.

Ekspertin fikrincə, hazırki məqamda Türkiyə üçün birinci dərəcəli məsələ PKK terror təşkilatının aidiyyəti ölkələrin terror təşkilatları siyahısına rəsmi şəkildə daxil edilməsi və onların fəaliyyətinin əngəllənməsi ilə bağlı təminatın verilməsidir:

“Çünki heç olmasa, bu istiqamətdə addımların atılması ölkəmizin həm daxildə, həm də xaricdə terrorizmə qarşı mübarizəsinə faydalı ola bilər”.

Tarix
2022.05.16 / 13:58
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Mirziyayev Şuşaya səfər edəcək

İrəvandan Şuşa sammiti öncəsi təxribat: Məqsəd nədir?

Belçika bunun üçün Azərbaycana 250 min avro ayırdı

Ərsin Tatar Bakıya gəldi - Foto

ABŞ nümayəndə heyəti sərhədimizə gəldi

İlham Əliyev Pakistana səfərə gedir

Əliyev, Ərdoğan və Şərifin görüşü ilə bağlı bəyanat

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana gəldi

Azərbaycanın mina problemi Belçikada müzakirə olundu

190 min şəxs Rusiya ordusu ilə müqavilə bağladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla