Yuxarı

İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul etdi

14:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fəxrəddin Qocanı qəbul edib.

Axar.az xəbər verir ki, Fəxrəddin Qoca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Qonaq vurğuladı ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri bütün digər qurumlar kimi, Səhiyyə nazirlikləri arasında da əməkdaşlıq üçün yol göstəricisidir və bu baxımdan ölkələrimizin nazirlikləri sıx əməkdaşlıq həyata keçirir.

Türkiyənin səhiyyə naziri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir. Nazir şəhidlərlə bağlı başsağlığı verdi, qazilərə şəfa dilədi. Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Fəxrəddin Qoca bu sənəddə əksini tapan hədəflər istiqamətində səhiyyə sahəsində də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün çalışdıqlarını bildirdi.

Türkiyəli nazir dedi ki, ölkəsində səhiyyə sahəsində əldə olunan təcrübəni və elmi bilikləri azərbaycanlı həmkarlarla bölüşmək qardaşlıq borcudur. O, dövlətimizin başçısının dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun əhəmiyyətindən danışdı.

Prezident İlham Əliyev Özbəkistanda Türkiyənin dövlət başçısı ilə görüşünü məmnunluqla xatırladı, dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Şuşa Bəyannaməsinə toxunaraq bunu münasibətlərimizin rəsmi təzahürü kimi qiymətləndirdi, bu Bəyannamənin xalqlarımızın iradəsini, dövlətlərimizin maraqlarını əks etdirdiyini dedi.

Azərbaycan Prezidenti həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə həkimləri tərəfindən qazilərimizin müalicəsinə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd etdi, bu baxımdan səhiyyə sahəsində də əlaqələrin təqdirəlayiq olduğunu dedi və Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun önəminə toxundu.

Tarix
2022.09.22 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla