Yuxarı

Rusiya bu qərarla Ərdoğanı çətin vəziyyətdə qoydu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu qərarla Ərdoğanı çətin vəziyyətdə qoydu

Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “taxıl sazişi”ndə iştirakını dayandırdırdığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi yaydığı açıqlamada bu qərarın Rusiyanın Qara dəniz Donanmasına və mülki gəmilərinə qarşı Ukraynanın həyata keçirdiyi hücuma görə verildiyini bildirib. Bu bəhanədir.

Axar.az xəbər verir ki, bu iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin “taxıl anlaşması”ndan narazı qaldığını bir neçə dəfə səsləndirib:

“Kreml sahibi zorən imzaladığı anlaşmadan çıxmağa hazırlaşırdı. O iddia edirdi ki, Ukrayna taxılı vəd verildiyi kimi ərzaq problemi olan üçüncü dövlətlərə deyil, Avropa ölkələrinə satılır. Rusiya Ukrayna taxılının hansı ölkələrə satılması prosesinə də nəzarət etmək istəyir. Putin “taxıl anlaşması”ndan çıxmaqla tərəfdaşı Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı da çətin vəziyyətdə qoyub. Bu anlaşmanın imzalanması üçün Ərdoğan xeyli çalışmışdı.

Ərdoğan “taxıl anlaşması” pozulmasın deyə Moskva və Kiyevə zənglər etmək və tərəfləri yenidən razı salmaq məcburiyyətində qalacaq. Çətin prosesdir. Bir-biri ilə müharibə aparan və bir-birlərinin ərazilərini bombalayan iki dövlətin sülh olmadan “taxıl anlaşması”na riayət edəcəyi problematikdir”.

Tarix
2022.10.30 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla