Yuxarı

Balasanyan getdi: Rusiya Vardanyanın “önünü” açır…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balasanyan getdi: Rusiya Vardanyanın “önünü” açır…

Vitali Balasanyanı müharibədən sonra separatçıların qondarma “təhlükəsizlik katibi” postuna Rusiya gətirmişdi və Qarabağdakı silahlı dəstələrə nəzarət ona verilmişdi. Məqsəd sülhməramlılar bölgəyə gələndən sonra Paşinyana yaxın olan Araikin təsirinə qarşı hərbi gücü ələ keçirmək idi.

Kremlin Ruben Vardanyanı bölgəyə göndərməsindən sonra Balasanyanın “vurulması” bu kontekstdə maraqlıdır: ruslar “hərbi gücü” “siyasi güc”lə əvəz edirlər.

Vardanyanla Balasanyan arasında qarşıdurmanın olduğuna dair məlumatlar var idi. Son dövrlər Balasanyanın Azərbaycanla “əlaqələr”də ittiham olunması da bu qarşıdurmadan qaynaqlanırdı. Və ilk versiyada belə görünür ki, Ruben qarşıdurmadan qalib çıxdı. Bu, həm də Vardanyanın bölgədə Rusiyanın dəstəyini bütöv əldə edən fiqura çevirir.

İstisna deyil ki, artıq “istifadəyə yararsız” olan Balasanyanın göndərilməsi Rusiyanın Vardanyanın yolunu tam açmasıdır. Lakin Rubenin getdiyi ünvanın separatçıların “başçısı” postu olduğu şübhə doğurur, xüsusilə rusların bölgədə mövcudluğu məsələsi sual altında olması baxımından.

Hələ az ehtimal kimi görünsə də, Vardanyanın əsas hədəfinin separatçı tör-töküntülərinə “rəhbərlikdən” daha çox, Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyanı “taxtdan” endirmək olduğu istisna deyil. Aydındır ki, belə bir mümkün ssenari Rusiya tərəfindən hazırlanıb və Vardanyan “arsax döyüşçüsü” kimi Ermənistan siyasətinə atıla bilər. O baxımdan, Vitalinin Rubenin “İrəvan yolundan” kənarlaşdırıldığını demək mümkündür. Kremlin Qarabağda “hərbi gücü” “siyasi güc”lə niyə əvəz etdiyinə də bu kontekstdə baxa bilərik.

İndiki halda isə baş verənlər separatçıların daxilində qarşıdurmanın olduğunu açıq şəkildə göstərir. Qarabağda həyat şərtlərinin çətinləşməsi bu “didişməni” daha da kəskinləşdirə bilər və bu, bütün hallarda xeyrimizədir.

Tarix
2023.01.08 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla