Yuxarı

Ceyhun Bayramov Bakıda Siyarto ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:05

3 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən, siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayan nazir Ceyhun Bayramov 17 dekabr 2022-ci ildə imzalanmış, özündə Xəzər və Qara dəniz regionunda bərpa olunan enerji potensialından istifadə edilməsini, o cümlədən enerji təchizatının şaxələndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bu sahədə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin, post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda, bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. Əlaqələrin bu səviyyədə inkişafında iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının, xüsusilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb. O, eyni zamanda, Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə macar şirkətlərinin cəlb olunması perspektivlərinin olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2023.02.03 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla