Yuxarı

Tiflis qaynayır: Rusiyaya ikinci cəbhə açılır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə həlledici döyüşə hazırlaşan Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib tükəndirmək məqsədiylə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhliz-regionda – Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü bildirib.

Onun fikrincə, Paşinyan Ermənistanını Azərbaycanla sülh sazişindən yayındırmağa və ən azından, Türkiyədəki 14 may seçkilərinin nəticəsi məlum olanadək uzatmağa çalışan Qərb mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da ictimai etirazların əsas körükləyicisi və təhrikçisi kimi çıxış edir:

"Çünki Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən “Xarici agentlər haqqında” adlandırılan qanunun qəbuluna nail olarsa, bu, Qərb xüsusi xidmət qurumlarının Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını xeyli məhdudlaşdıracaq.

Hazırda ictimai etirazların genişləndirilməsi yoluyla Qərb, bir tərəfdən, bu qanunun qəbulunu əngəlləməyə çalışırsa, o biri tərəfdən də aksiyaların Rusiya ilə qarşıdurmadan yayınan və Rusiya əleyhinə sanksiyalara qoşulmayan Qaribaşvili hökumətinin devrilməsinədək inkişafında, Rusiyanın qulağının dibində daha bir tonqalın alovlanmasında aşkar maraqlı görünür".

Politoloq xatırladıb ki, Münhen konfransında ilk dəfə olaraq keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin görüşündə aparıcının Prezident Əliyevə, Baş nazir Qaribaşviliyə və Baş nazir Paşinyana ünvanladığı, cavab almağa çalışdığı əsas sual məhz Rusiya-Ukrayna savaşına tərəflərin mövqeyi idi:

"Qaribaşvili cavabında açıq şəkildə Qərbi suçlayaraq, onları indi Ukraynaya verdikləri qədər dəstək verməməkdə qınamış və ardınca da xüsusi vurğulamışdı ki, ərazilərinin Rusiya tərəfindən işğalına baxmayaraq, onlar problemin yalnız sülhlə həllinə tərəfdardılar. Yəni Rusiyaya qarşı yeni cəbhənin Gürcüstandan açılmasını istəmirlər.

Qərbə isə regionda sülh yox, Rusiya ilə döyüşə biləcək yeni “sovet respublikası”, yeni qaynar cəbhə gərəkdir..."

Tarix
2023.03.09 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailli rəsmidən fars dilində müəmmalı paylaşım

Rusiya ilə gərginlik belə bitəcək - Sabiq nazir

Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi

Paşinyan mənim etmədiyimi etdi

Putin niyə Bakıya məhz Kurenkovu göndərir?

Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi

Prezident Sərdar Ayaz Sadiqini qəbul etdi

Tverdə azərbaycanlılar saxlanıldı - Video

Moskva Bakıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?

Azərbaycan bizi yarıyolda qoymayan tərəfdaşımızdır - Slutski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla