Yuxarı

Əsgərimizin döyülmə videosunu kim və niyə yaydı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərimizin döyülmə videosunu kim və niyə yaydı?

Əsirlərə qarşı bu cür davranış Cenevrə Konvensiyasının kobud pozuntusudur və heç şübhəsiz ki, cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. Bu, məsələnin hüquqi tərəfidir. Məsələnin siyasi tərəfi isə ondan ibarətdir ki, bu cür hadisələrin baş verməsi və görüntülərin yayılması iki qonşu xalq arasında uzun illər ərzində yaranan qarşılıqlı nifrətin alovlandırılmasına xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov bir neçə gün öncə qatı duman səbəbindən azaraq, Ermənistana keçən və bu gün saxlanılan hərbçimiz Hüseyn Axundovun dəhşətli işgəncəyə məruz qaldığını əks etdirən görüntülər haqda qeyd edib.

O bildirib ki, azərbaycanlı əsirə qarşı qəbuledilməz, qəddar davranış siyasi motivli təxribatdır.

Onun fikrincə, bu təxribatın kimə lazım olduğu hər kəsə bəllidir:

“Dayanıqlı sülhün bərqərar olması ölkəmiz və regionumuzun inkişafı üçün ən vacib şərtlərdən biridir. Sivil dünya bunu başa düşür və diplomatiya yolu ilə dayanıqlı sülhün bərqərar olunması üçün çalışır. Rəsmən "terroru maliyyələşdirən" ölkələr kimi tanınan qonşularımız isə bu statusa layiq olduqlarını növbəti dəfə sübut edirlər və sülhün pozulması istiqamətində çalışırlar.

Amma sülhsevərlik təslimçilik anlamına gəlməməlidir, gəlməyəcək də və əgər bu gün Rusiyanın proksi qüvvəsi rolunu üzərinə götürən qonşu xalqın nümayəndələri düşünürlərsə ki, bu cür davranış cəzasız qalacaq, onlar yanılırlar”.

Tarix
2023.04.13 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla