Yuxarı

Baydenin Əliyevə məktubunda İranla bağlı 3 mesaj

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baydenin Əliyevə məktubunda İranla bağlı 3 mesaj

ABŞ Prezidenti Co Baydenin Azərbaycan lideri İlham Əliyevə Müstəqillik Günü ilə bağlı göndərdiyi təbrik məktubunda incə mesajlar var.

Bayden məktubda qeyd edir:

1. “Biz birlikdə terrorizmlə mübarizə aparırıq”.

19 yanvar 1984-cü ildə ABŞ Dövlət Departamenti İranı rəsmi olaraq terroru maliyyələşdirən dövlət kimi tanıyıb. Baydenin İlham Əliyevə təbrik məktubunda “biz birlikdə terrorizmlə mübarizə aparırıq” ifadəsinin ünvanı birmənalı olaraq İrandır. Çünki Azərbaycan qlobal miqyasda deyil, yalnız öz regionunda bu mübarizəyə töhfə verə bilər.

Xatırladaq ki, bir müddət öncə İranın sərhədimizdə təhdidlərini müşahidə edərkən, ABŞ Dövlət katibi Entoni Blinken Senatda demişdi: “Azərbaycanın İranla çox uzun sərhədi var və onu qorumaq lazımdır”. Bu ifadə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə nə dərəcədə məsuliyyətli yanaşdığını ortaya qoyur. ABŞ rəsmilərə dəfələrlə deyirdilər ki, ABŞ Azərbaycan müstəqilliyi və suverenliyinin ən böyük dəstəkçisidir və ABŞ Azərbaycanla münasibərləri bu prisipin üzərində qurur.

2. “Biz birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görürük”.

Məhz Baydenin dövründə narkotiklərlə mübarizə güclənib və bu işdə bir çox dövlətin müvafiq qurumları birgə fəaliyyət göstərir. Azərbaycan narkotiklərə qarşı mübarizə koalisiyasına qoşulan ölkədir və Bayden “biz birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görürük” ifadəsində bunu nəzərdə tutur.

Vacib məqam: Azərbaycana narkotik birmənalı olaraq İrandan gəlir. Demək, bu ifadənin də hədəfi İrandır!

3. “Biz birlikdə kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq”.

Söhbət İranın nüvə silahını əldə etməsi ehtimalından gedir və Baydenin bu mesajı olduqca əhəmiyyətlidir.

4. “Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq”.

Qərb-Rusiya geosiyasi qarşıdurması zamanı Rusiyanın ən böyük alətlərindən biri enerji şantajı idi. Rusiya neft-qaz ixracını azaltmaqla Avropanı enerji böhranla hədələyirdi. Bu məqamda Azərbaycan yeni reallığı anında qiymətləndirdi və Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək fürsətindən istifadə etdi. Bu əməkdaşlığın dövlət maraqlamıza uyğun olması danılmaz faktdır.

Tarix
2023.05.21 / 10:00
Müəllif
Kamran Cəfərov
Digər xəbərlər

Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

Azərbaycandan mal idxalında maraqlıyıq - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla