Yuxarı

Nikolun delimitasiya “təklifi”: Əliyev nə demişdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan sərhədin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılması razılığının olduğunu iddia edir.

Bu, Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasını təmin edə bilər, lakin Ermənstan bu xəritəyə əsasən Başkəndin onlara verilməsini, o cümlədən, Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərini istəyir. Bəşkənddən fərqli olaraq, bu kəndlərə nəzarət vizual xarakter daşıyır. Ermənistan bu kəndlər üzərindəki nəzarəti “bütün sərhəd xətti boyunca demilitarizasiya zonasının yaradılması” ilə aradan qaldırmaq niyyətindədir.

Demilitarizasiya zonasının yaradılması müharibədən sonra Azərbaycanın çıxdığı sərhəd xəttindən geri çəkilməsi deməkdir. Paşinyan da bildirir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod və Xəzinəvar istiqamətində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır. Halbuki, Azərbaycan ordusu işğal dövründə bu istiqamətlərdə irəli çəkilən dövlət sərhədini bərpa edib.

Mümkündür ki, masada “barter” məsələsi də var: Başkənd Azərbaycanda qalır, anklavlar Ermənistanda; anklavların qaytarılması hər iki tərəf üçün “dəhliz yaratmaq” probleminə görə cəmiyyətlər arasında sülh mühitinin əldə edilmədiyi müddətdə çətin görünür, digər tərəfdən, belə mühitin yaradılması üçün uzunmüddətli zamana ehtiyac var;

Və yaxud tərəflər “29,8-86,6” prinsipi üzrə bütün məsələləri həll etmək üzərində razılaşa bilərlər.

Masada müzakirələrin konkret nədən ibarət olduğunu bilmirik, xüsusilə Bakının rəsmi məlumatının olmaması fonunda.

Hərçənd, Azərbaycanın iki məsələdə öz mövqeyinin olduğunu deyə bilərik:

Birincisi, strateji əhəmiyyətə malik olan Başkəndin qaytarılmaması;

İkincisi, sərhəddə “demilitarizasiya zonası”nın yaradılması və ordunun geri çəkilməsini qəbul etməməsi.

Bu baxımdan, Paşinyanın iddia etdiyi “menyu” üzərində razılaşmanın reallığı sual altındadır.

Əliyevin mayın 28-də Laçında səsləndirdiyi “Delimitasiya bizim şərtlərimiz əsasında olmalıdır, istəmirlərsə, olmasın, biz harada desək, sərhəd də orada olacaq” sözləri də Bakının sərhədlə bağlı öz gündəliyinin olduğu fikrini önə çıxarır.

Azərbaycan məsələni masada yox, sahədə həll edə bilər.

Tarix
2023.06.02 / 21:29
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla