Yuxarı

Qərb mediası Vardanyandan nələr yazır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ruben Vardanyan bir daha Qarabağ ermənilərini Azərbaycana qarşı silahlı mübarizəyə səslədi. Bu çağırış narahatlıqla qarşılandı. Bolqarıstanın “sofiaglobe.com” saytı bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkib.

Axar.az xəbər verir ki, həmin saytın “Qərb Putinin Qafqazdakı əsas müttəfiqlərinə niyə sanksiya tətbiq etmir?” (Why is the West not sanctioning Putin’s key allies in the Caucasus?) adlı məqaləsini Avropada yaşayan jurnalist Elbəyi Həsənli təqdim edib:

“Avropa və beynəlxalq media rusiyalı milyarder Ruben Vardanyanın niyə Qarabağa rəhbər təyin edildiyini, onun nə üçün Kreml tərəfindən himayə olunmasını, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişə ilə bağlı danışıqlar prosesini pozmağın nə üçün ona həvalə edilməsinin səbəblərini aydınlaşdırmağa çalışır.

“Taunhall” jurnalı yazır ki, Vardanyan... Moskvanın xarici siyasətinin davamı olub və indi də olmaqdadır.

“Vardanyanın strategiyası təkcə etnik nifrətin qızışdırılmasına və Rusiyanın Ermənistan üzərində nəzarətinin bərpasına deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji təchizatının dayandırılmasına yönəlib”, “Vaşinqton Tayms” belə yazır.

“Hill”: “Vardanyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının legitimliyini pozmağa çalışır və Rusiyanın əsas “vasitəçi” rolunu qorumaq üçün ermənilərlə azərbaycanlılar arasında münaqişələri qızışdırır”.

Kanadanın “Geopolitical Monitor” analitik jurnalı yazır ki, Kreml Vardanyanı Avropa Birliyinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamağa nail olacağı qorxusuna görə Qarabağa göndərib.

“Politico”: “Vardanyan öz təsir imkanlarından istifadə edərək Qarabağın erməni icmasının ictimai rəyini dünyaya qarşı yönəltməyə çalışır”.

“Vardanyanın Kremlin adamı olduğuna heç bir şübhə olmamalıdır”, - “Politico” bildirib.

“Əl Cəzirə”nin məlumatına görə, “...Vardanyanın Qarabağda görünməsi Rusiyanın Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqları sabotaj etmək üçün təşkil edilmiş planının bir hissəsidir... Vardanyan davamlı şəkildə Qarabağda rus sülhməramlıların müdafiəsi ilə məşğuldur”.

Vardanyanın “Troyka Dialoq” şirkəti OCCRP və Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmalarla məşhurlaşıb. Vardanyanın ofşor şəbəkələrin yaradılmasındakı rolu da bu araşdırmalarla üzə çıxıb.

“Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxındır... O, ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Putinin nüfuzlu dostlarına pul köçürməsində ittiham olunur”, - “Vaşinqton Tayms” yazır. Qəzet bildirir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvaya dəstək verən Tehranla da əlaqələri var: “Vardanyanın İranla əlaqələrini Qorçakov Fondu (Dmitri Medvedyev Rusiya prezidenti olarkən bu fondu yaradıb) vasitəsilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda da müxtəlif tədbirlər təşkil edir. Hökumət tərəfindən təsdiqlənmiş həmin tədbirlərdə Tehrandan olan natiqlər də iştirak edir”.

Tarix
2023.06.09 / 22:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla