Yuxarı

Ərdoğan bacardı: Baydenlə qalib kimi görüşəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın gözü Litvada keçiriləcək NATO-un toplantısına dikiləcək. Artıq sammitə qatılmaq üçün üzv ölkələrin liderləri Vilnüsdədir. Sammitdə lidelərin əsasən iki mövzu üzərində müzakirə aparacağı gözlənilir: Ukrayna və İsveçin alyansa qəbulu prosesi və NATO-un Şərq cinahının müdafiəsinin gücləndirilməsi.

NATO həm də dünyanın təhlükəsizlik çətiri hesab olunur. Rusiya-Ukrayna müharibəsinin başlanması göstərdi ki, dünya İkinci Dünya müharibəsindən sonra ən təhlükəli günlərini yaşamaqdadır. Mövcud vəziyyət dünyanın təhlükəsizliyinə cavabdeh olan bir nömrəli ittifaqın çevik və dəqiq addımlar ataraq, düşmənə qarşı birlik nümayiş etdirməsini tələb etdiyindən, Vilnüs sammitində qəbul ediləcək qərarlar xüsusi önəm kəsb edir.

ABŞ Prezidenti Co Baydenin sammit öncəsi “Düşünmürəm ki, Ukraynanın üzvlük məsələsində Alyansın bütün üzvləri yekdil fikirdədirlər” və “Biz ilk növbədə İsveçin NATO-ya üzvlüyü ilə məşğul olmalıyıq” sözləri isə ondan xəbər verir ki, həqiqətən də Alyans daxilində ilk növbədə fikir ayrılıqları aradan qaldırılmalıdır.

Əvvəlki sammitlərdə olduğu kimi, bu dəfə də ABŞ ittifaq daxilində siyasi arbitr rolunu üzərinə götürərək, problemlərin həllinə çalışacaq. Məhz bu səbəbdən ABŞ Prezidenti Co Bayden sammit başlamadan öncə Vaşinqtonun ən yaxın müttəfiqi sayılan Böyük Britaniyaya səfər etdi.

Baydenin bu gün keçirəcəyi ən mühüm görüşlərdən biri isə şübhəsiz ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlməsi olacaq.

Ərdoğanla Bayden arasında baş tutacaq görüş əsasən ona görə diqqət mərkəzində olacaq ki, bu, birincinin yenidən Türkiyənin prezidenti seçilməsindən sonra ilk dəfə üz-üzə təmasdır. Bu görüşün özəlliyi həm də onunla bağlıdır ki, Ərdoğan qalib kimi görüşür. Çünki Türkiyə seçkilərində Bayden Ərdoğanın hakimiyyət kürsüsündən salınması üçün əlindən gələni edəcəyini demişdi. Nəticədə isə Ərdoğan seçkini udmaqla nəinki müxalifəti, həm də onun hakimiyyətdən getməsini istəyən və bu istiqamətdə çalışan xarici oyunçuları, o cümlədən Baydeni məğlub etmiş sayılır.

Ona görə də Türkiyə prezidentinin bu görüşdə avantajlı olacağı şübhəsizdir.

İkincisi, Türkiyə Macarıstanla bərabər İsveçin NATO-ya qəbulunu əngəlləyən ölkədir. Əsas söz sahibi isə şübhəsiz Ankaradır. Artıq Budapeşt İsveçin üzvlük məsələsində Ankaranın nə deyəcəyini gözlədiklərini bəyan edib. Bu isə o deməkdir ki, İsveç məsələsində razılığa gətrilməli yeganə dövlət Türkiyə, lider isə Rəcəb Tayyip Ərdoğandır.

NATO Baş katibi Yens Stoltenberqin Ərdoğanın İsveçin alyansa üzvlüyünü ratifikasiya etmək üçün ərizənin TBMM-ə göndərəcəyini söz verməsi barədə açıqlaması artıq anlaşma olduğunu ortaya qoyur. Türkiyə mediası “Ərdoğanın istədiyini aldığını” yazır, buna baxmayaraq, məsələ ilə bağlı hələ Ərdoğan açıqlama verməyib. Detallar yəqin ki, bir müddət sonra üzə çıxacaq. Fakt odur ki, Ərdoğan bu məsələni tam şəkildə ölkəsinin milli maraqları istiqamətində istifadə etməyi bacardı.

Hələlik ilkin informasiya Türkiyəyə silah qadağasının aradan qaldırılması, İsveçin öhdəliklərinə əməl edəcəyi, o cümlədən ABŞ-ın F-16-ların verilməsini sürətləndirəcəyi istiqamətindədir. Ağ Ev artıq Baydenin Ərdoğanın qərarını alqışladığı haqda məlumat yayıb, həmçinin Dövlət Departamenti F-16-ların Türkiyəyə satışını, Ankaranın AB üzvlüyü istəyini açıq şəkildə dəstəklədiyini elan edib.

Təkbətək görüş zamanı Baydenin Ərdoğana verilən vədləri təsdiqləyəcəyi gözlənilir. Əlbəttə, burada əsas məsələ həm də F-16-ların tədarükü ilə bağlı konkret vaxtın müəyyən ediləcəyidir.

Bir sözlə, Vilnüs sammitində əgər ABŞ orbitr rolunu oynayacaqsa, ağırlıq mərkəzində Türkiyə duracaq. Ona görə ki, bu gün Türkiyənin qitələrarası oynadığı rol əvəzsizdir.

Tarix
2023.07.11 / 08:00
Müəllif
Yusif Elçin
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla