Yuxarı

Axar.Az Logo

İrəvan bu addımla Bakıya yeni şans verdi - Matevosyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT-nin işində və əsas tədbirlərində iştirakdan imtina etməklə de-fakto təşkilatı tərk edib.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan deyib.

Matevosyan bu xəbərin Baş nazir Nikol Paşinyanın Bakının Ermənistana münasibətdə “Qərbi Azərbaycan” ifadəsindən istifadə etməsi və “təcavüz ehtimalı” ilə bağlı bəyanatları fonunda ortaya çıxmasına diqqət çəkib:

“Bunun fonunda Ermənistan hakimiyyəti KTMT-nin, o cümlədən hərbi-texniki, eləcə də müşahidəçi missiyasının yardımından imtina edir. Əgər müharibə ola biləcəyini deyirsə, bəs niyə imtina edirlər? Bu, kimin maraqlarıdır?”

O bildirib ki, Ermənistanın KTMT-dən çıxdığını sübut etmək üçün sənəd imzalamasına ehtiyac yoxdur:

“KTMT-nin vacib atrubitlarından biri təlimlərdir. Ermənistan bunlarda iştirak etmir və öz ərazisində manevrlər həyata keçirmir. O, KTMT-nin iclaslarında iştirak etmir, baş katibin müavini kvotasından imtina edib və daimi nümayəndəni geri çağırıb. Beləliklə, bir sıra əsas elementlərə görə Ermənistan Təşkilatdakı fəaliyyətini dayandırıb”.

Ekspertin fikrincə, rəsmi çıxışın olmaması Paşinyanın hansısa təhlükəsizlik təminatlarını təmin etmək cəhdi ilə bağlıdır. Məhz buna görə də Ermənistan parlamentində baş nazir yekun qərar qəbul olunmayana qədər Təşkilatdan çıxmağın elan olunmayacağını bildirib:

“Yəni hansısa hazırlıq işləri gedir və bu, başa çatdıqdan sonra açıq elan olunacaq.

Noyabrın 19-da AB-nin mülki müşahidə missiyasının statusu haqqında saziş imzalandı. Bundan əlavə, Böyük Britaniya ilə əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Bütün bunları Rusiyanı Qərblə “əvəz etmək” məntiqi ilə hesab etmək olar.

Əgər min müşahidəçi yox, 5 min nəfər olsa və onların bəziləri təkcə durbinlə silahlanmasa, bundan sonra Paşinyan KTMT-dən getdiyini bəyan edəcək”.

Onun sözlərinə görə, paradoks ondan ibarətdir ki, AB özü “təhlükəsizlik istehsalçısı” deyil, NATO tərəfindən təmin edilən təhlükəsizlikdən istifadə edir.

Politoloq iddia edib ki, Rusiya NATO-nun genişlənməsinə kəskin reaksiya verir, ona görə də Qərb burda “incə siyasət” aparır, NATO bura AB-nin pərdəsi altında daxil olur:

“Rusiya, İran və Türkiyə buna imkan verəcəkmi? Onlar regionda başqa aktorların olmasını istəmirlər. Ermənistan hakimiyyətinin indiki addımları isə İrəvanı onlar üçün düşmənə çevirir.

Beləliklə, İrəvan təhlükəsizlik sistemini modernləşdirmək və gücləndirmək əvəzinə əlavə problemlər yaradır. Rusiya ilə münasibətlərin səviyyəsini sıfra endirmək isə Azərbaycan üçün yeni imkanlar yaradır”.

Tarix
2023.11.21 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AHİM Ermənistanın mövqeyini ifşa etdi

İcmadan Simonyanın 31 kənd iddiasına sərt reaksiya

Sülh sazişinin moderatoru odur! – Nahapetyan

Ermənilərin Qarabağa qayıtması mümkün deyil – Simonyan

44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan

Bu səfirliklər "Abzas Media"nı maliyyələşdirib - XİN

Üç ölkənin diplomatları Azərbaycan XİN-ə çağırıldı

Simonyandan sensasiya: 15 günə sülh sazişi... - Video

Blinken Nikol Paşinyanla bunları müzakirə etdi

Bu, Bakını “təcavüzkar göstərmək” hiyləsidir - Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla