Yuxarı

Rusiya ilə anlaşıb Qarabağı azad etmişik? - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, ABŞ Senatının noyabrın 15-də qəbul etdiyi ermənilərin müdafiə aktına münasibətinizi bilmək istərdik.

- Bu gün Milli Məclis bu bədnam akta tutarlı cavab verdi. “ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” aforizmi elə-belə yaranmayıb. ABŞ onunla dostluq və yaxından əməkdaşlıq edənləri sonda həmişə peşman edib. Əslində bizə münasibətdə belə bir aktın qəbul olunması da gözlənilən idi. 35 il öncə ABŞ Azərbaycanda erməni separatizmini dəstəkləməklə Avropada qanlı separatizmə yol açdı və bu gün də tökülən qanlara görə birbaşa məsuliyyət daşıyır. Beynəlxalq hüququ öz maraqlarına uyğun şərh edən, xarici siyasəti mənəvi dəyərlərdən uzaqlaşan bu böyük güc kiçik dövlətlər üçün böyük təhlükə mənbəyinə çevrilir. Ermənistanın Rusiyada arzuladıqları, yaxud planlaşdırdıqları hakimiyyət dəyişikliyinə qədər sülhdən yayındırılmasına haqq qazandırmaq üçün günahı Azərbaycanın üzərinə atıb, Azərbaycanı xəyali, guya gələcəkdə baş verəcək hansısa aqressiyada ittiham etmək bunun əyani sübutudur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, amma işğalçı Ermənistana və işğalçı dövlət tərəfindən yaradılmış qondarma rejimə siyasi və maliyyə dəstəyi vermək, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmək, ərazi bütövlüyünü bərpa edən ölkəmizi buna görə təbrik etməmək siyasi riyakarlığın parlaq nümunəsidir.

- Bəzi ekspertlər ABŞ-ın bu cür davranışını ölkəmizin Rusiya və İranla əməkdaşlıq etməsi ilə bağlayırlar. Siz necə düşünürsünüz?

- Onlar və onların bizim vətəndaşlarımızdan olan “pet”ləri Azərbaycanı ittiham edirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Rusiya ilə anlaşıb. Əgər bu belədirsə, burda qəbahət olan nədir? Onların məntiqinə görə biz torpaqlarımızı azad etmək üçün mütləq Ermənistanla yanaşı Rusiya ilə də müharibə etməliymişik. Onlar nə dediklərinin fərqindədirlər? ABŞ bu gün bir yandan Rusiyaya sanksiya tətbiq edir, amma özünə lazım olan zənginləşdirilmiş uranın Rusiyadan alışını 2,5 dəfə artırır. ABŞ-a lazım olanda o, Rusiya ilə əməkdaşlıq edə bilər, amma başqaları yox. Bu nə xəstə təfəkkürdür?! ABŞ İranla anlaşıb İranın 6,5 milyard dollarını qaytarmaq öhdəliyi götürə bilər, amma biz ana vətəndən ayrı salınmış Naxçıvana nə Zəngəzurdan, nə də İran üzərindən (Cənubi Azərbaycandan) dəmir yolu çəkə bilərik. Niyə? Çünki bu zaman Türkiyə, İran və Rusiya da bu yoldan istifadə edə bilər, İranla Rusiya arasında dəmiryol əlaqəsi yaranar. Amma İranın Ermənistanla qardaşlaşması, hərbi, siyasi, iqtisadi əlaqələr qurması onları qətiyyən narahat etmir. Budur bunların “əxlaqlı” siyasəti. İranla torpaqlarımızı işğal etmiş Ermənistan arasında münasibətlərə, Zəngəzur dəhlizinə yanaşmasına və onların bizə münasibətdə yürütdüyü dini təəssübküşlikdən uzaq siyasətə görə aramızda gərginlik yaşanır. Buna baxmayaraq, İran müsəlman, dövlət siyasətində özünü göstərməsə də, həm də bir türk dövlətidir, orda əhalinin az qala yarısı Azərbaycan türküdür, bizim yaxın qonşumuzdur. Məhz bu səbəbdən, İranda hansı rejimin olmasından asılı olmayaraq, biz əməkdaşlıda həmişə maraqlı olmuşuq və olmalıyıq.

- ABŞ-ın Azərbaycan siyasəti Ermənistanın maraqlarına nə dərəcədə cavab verir?

- Ermənistan ABŞ-dakı islamafobiyadan, zəngin erməni diasporundan və siyasilərin korrupsiyalaşmasından (arvadı erməni, türk düşməni, ifşa olunmuş senator Bob Menendez buna bariz nümunədir) istifadə edərək ABŞ-Azərbaycan münasibətlərini korlayır. Onun işğalçı siyasətini dəstəkləmədiyi üçün Rusiyaya arxa çevirib Qərbə xoş gəlmək istəyir. Düşünürlər ki, Gürcüstan üzərindən Avropaya çıxışları var. Başa düşmürlər ki, Gürcüstanda rusiyayönümlü hakimiyyət var və Gürcüstan Ermənistana silah ötürməklə dar günündə ona kömək etmiş Azərbaycanı satdığı kimi, Rusiya üstlərinə qışqırarsa, yaxud gözlərini ağardarsa və ya Azərbaycan əlavə nələrsə təklif edərsə, çox asanlıqla onları da satacaq. Anlamırlar ki, sülh olmasa, ayaq altında qalacaqlar. ABŞ uzaqdadır, biz isə onların qonşusuyuq. ABŞ çoxlarına xəyanət etdiyi kimi bir gün onları da satacaq, Türkiyə və Azərbaycanın qapıları onların üzünə bağlı qalacaq, heç bir əməkdaşlıq olmayacaq. Yenə də kiminsə forpostu, əlaltısı olaraq qalacaqlar.

Tarix
2023.11.21 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla